Alimlər paket çayların təhlükəsindən danışdılar » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Tənbəlliyə qalib gəlmək üçün ƏN VACİB 5 ADDIM  |     22:51 Meksika ilk dəfə qadın prezident seçəcək  |     22:40 Dünyanın ən qədim kulinariya resepti – Burada tapıldı  |     22:36 2024-cü ildə alınacaq 5 ən yaxşı sərfəli telefon  |     22:29 Azərbaycanlıların BAZAR DAVASI: Ölən var  |     22:23 Bu qidaları südlə birlikdə yemək olmaz  |     22:18 Evdə iki və ya daha çox pişiyi saxlamaq üçün TÖVSİYƏ  |     22:05 Bakıda lüks avtomobil yolda təhlükə saçdı - VİDEO  |     21:57 Mənzillərin təmiri neçəyə başa gəlir? (VİDEO)  |     21:48 Teylor Sviftin konsertinə görə evsiz insanlar şəhərdən qovuldu  |     21:39 Bu il maaşların artırılması gözlənilirmi? - VİDEO  |     21:31 Bakıda ərəb turistdən 100 manat alan bələdçi 200 manat cərimələndi  |     21:25 Qəbul imtahanlarında "ölüm qrupu": Azı 100 bal artacaq?  |     21:19 Alimlər elementinin 79 illik sirri açdı  |     21:08 Tədris digər dillərdə aparılan I siniflərə qəbul üçün müsahibələr yekunlaşıb  |     21:03 Azərbaycanda tələbə dəhşətli qəzaya düşdü  |     21:01 Gürcüstanın səfər sığortası tələbi Azərbaycanın maliyyə bazarına necə təsir edəcək?  |     20:55 Azərbaycanda korporativ idarəetmə üzrə yeni dövlət standartı qəbul edilib  |     20:34 May ayının sonuna olan hava proqnozu açıqlanıb  |     20:26 Bakı Enerji Həftəsində 300 şirkət iştirak edəcək  |    

Alimlər paket çayların təhlükəsindən danışdılar

Kanadanın Makqilla Universitetinin tədqiqatçıları çay paketinin suya salındığı vaxtda milyardlarla mikro və nanoplastika hissəciklərinin ona qarışdığını müəyyənləşdiriblər. Elmi işin nəticələri “Environmental Science & Technology” saytında dərc olunub.

Qeyd olunur ki, bir çay paketindən əldə olunan çayda təxminən 11.6 milyard mikropartikül və 3,1 milyard nanohissəcik olur. Mütəxəssislər bildirir ki, bu, digər növ ərzaq və içkilər, o cümlədən plastik şüşələrdə olan su miqdarını xeyli üstələyir.

Təcrübə zamanı dörd müxtəlif növ meyvə çayının bir neçə paketi istifadə olunub. Paketlərin içərisindən çaylar çıxarılıb və onlar 95C dərəcə suda 5 dəqiqə saxlanılıb. Daha sonra tədqiqatçılar suyu süzərək istifadə olunan paketləri elektron mikroskop altında araşdırıblar.

Nəticədə, sudakı nanohissəciklərin dəmləmədən sonra meydana gəldiyi müşahidə olunub.

Tədqiqatçılar bunun ardından əldə edilmiş nanohissəcikləri xərçəngkimilərin yaşadığı mühitə daxil ediblər. Müşahidələrə görə, suda olan plastik hissəciklərin konsentrasiyasının artması xərçəngkimilərin inkişafının ləngiməsinə səbəb olub. Amma hələ ki mütəxəssislər bu hissəciklərin insan sağlamlığına necə təsir göstərdiyini anlamaqda çətinlik çəkirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 491 28.09.19 13:27