Rusiyanın "Utair" aviaişirkəti uçuşlar zamanı sərnişinlərə tütün məmulatları paylayacaq.
Median.Az Trend-ə istinadən bildirir ki, bu qərar siqaret çəkən sərnişinlər üçün uçuşun daha rahat keçməsi üçün qəbul edilib.
Qeyd olunur ki, təyyarədə tütün məhsulu həddi-buluğa çatmış şəxslərə, reklam sessiyasında iştirak etmək şərti ilə təklif olunacaq.
Qərar sentyabrın 15-dən qüvvəyə minib və hazırda aviaşirkətin 10-dan çox reysində tətbiq olunur.