Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:31 Millətlər Liqası: Azərbaycan millisi Estoniyaya uduzdu  |     22:28 Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı  |     22:19 "28 May"ın qarşısındakı işlər nə vaxt tamamlanacaq?  |     21:58 Xocavəndin hərbi komissarı həbs edilib - RƏSMİ  |     21:44 Pul köçürmələrinə nəzarət gücləndirildi  |     21:29 Baydenin müşaviri: COP29-da karbon vergisi ilə bağlı irəliləyiş əldə edilə bilər  |     21:23 İcra başçısı ilə birgə həbs edilən sabiq baş həkim vaxtından əvvəl azadlığa buraxılıb  |     21:15 Rusiya XİN Yaponiyaya xəbərdarlıq edib  |     21:08 Telefon oğurlandıqda avtomatik bloklanacaq – Yeni funksiya - FOTO  |     21:01 Putin Pezeşkianı Rusiyaya rəsmi səfərə dəvət edib  |     20:30 Bu rayonun hərbi komissarı saxlanıldı  |     20:13 Sumqayıtda yol qəzası olub, sürücü ölüb  |     19:42 Bakıda 75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb  |     19:33 Azərbaycanda hərbi komissar saxlanıldı  |     18:58 Ermənistanın sabiq Baş Qərargah rəisi Baş Prokurorluğa çağırılıb  |     18:41 Sabirabadda yük maşını kanala düşdü  |     18:14 Deputat vəzifəsindən azad edildi  |     18:10 Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb  |     18:06 Sumqayıtda qəza - Sürücü ölüb  |     17:37 Bakıda bəzi ərazilərdə maşın saxlamaq qadağan edilib  |    

Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub

İyunun 20-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olublar.

Median.Az
xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində uşaqlarla görüşüb, onların yaşayış şəraiti, uşaqlara göstərilən sosial və reabilitasiyayönümlü xidmətlərlə tanış olublar.

Mehriban Əliyeva və Leyla Əliyeva müəssisədəki uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar.

Sağlamlıq imkanları məhdud uşaqların funksional çatışmazlıqlarının aradan qaldırılması, onların bacarıqlarının inkişaf etdirilməsi üçün aparılan reabilitasiya işlərindən biri də onların yaradıcılıq potensiallarının inkişafıdır. Uşaqlar muncuqlarla, plastilinlə müxtəlif əl işləri hazırlayır, rəsmlər çəkir, konstruktor oyunları ilə məşğul olurlar. Müəssisənin sakinləri özlərinin hazırladıqları əl işlərini Mehriban Əliyevaya və Leyla Əliyevaya hədiyyə ediblər.

Qeyd edək ki, bu müəssisə 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulub. Hazırda burada 5-18 yaş arasında 170-dək uşaq yaşayır. Onlar əsasən uşaq serebral iflici, autizm, daun sindromu, fiziki və əqli inkişafdan geriqalma, mərkəzi sinir sisteminin zədələnməsi – ense-folo-patiya, parez kimi xəstəliklərdən əziyyət çəkirlər.

Birinci vitse-prezident sosial xidmət müəssisəsinin sakinlərinin əhvalı ilə maraqlanıb, onların müalicəsinin müsbət nəticələr verdiyinin şahidi olub. Belə ki, müəssisənin sakinlərindən biri - Xəyalə Hüseynova Mehriban Əliyeva ilə söhbət zamanı Azərbaycan və ingilis dillərində “əlillik qüsur deyil və yaşamaq, yaratmaq üçün məhdudiyyət ola bilməz” dedi. Azərbaycanın Birinci vitse-prezidenti uşaqların arzularını dinləyib, yenidən onların yanına qonaq gələcəyini bildirib, onlara uğurlar arzulayıb. Mehriban Əliyeva uşaqlarla birlikdə kitab oxuyub, nəşrdəki şəkilləri müzakirə edib. Uşaqlar Mehriban Əliyevaya və Leyla Əliyevaya öz bacarıqlarını nümayiş etdiriblər. Onlar Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin “Nəsimi İli” elan olunduğunu bildirərək, şairin şerlərini səsləndiriblər, mahnılar, rəqslər ifa ediblər.

Sağlamlıq imkanları məhdud uşaqlara dövlət qayğısı ildən-ilə artır. Dövlətimizin başçısının 2019-cu il 15 aprel tarixli Fərmanı ilə həmin uşaqlar üçün aylıq sosial müavinətin məbləği əhəmiyyətli şəkildə artırılmaqla, onlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü də təsis olunub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi nəticəsində Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi istifadəyə verilib. Bu müəssisədə uşaqlar üçün müasir tələblər səviyyəsində, nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində 12 reabilitasiya otağı fəaliyyət göstərir və onlarda müasir dövrdə prioritet olan yeni reabilitasiya metodları - aktiv terapiya, oyun, ünsiyyət, musiqi, rəqs və digər terapiya növləri və hər bir uşaqla fərdi inkişaf planı əsasında işlər aparılır.

Sonda müəssisəyə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 655 20.06.19 22:13