Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:58 Şuşaya aparan tikilməkdə olan yoldakı tunelin daxilindən ilk görüntülər - VİDEO  |     15:38 Füzuli, Ağdam və Cəbrayılın 29 kəndində və Horadizdə yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi dayandırılıb  |     15:30 Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO  |     15:16 Bakıda iki il əvvəl yoxa çıxan kişi TAPILDI  |     15:14 Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda həbs olundu  |     15:12 Tavuş sakinlərinin bağladıqları Ermənistan-Gürcüstan yolu açılıb  |     15:08 Məşhur aparıcı AzTV-dən getdi  |     13:57 Bu şirkət 20 min manat cərimələndi  |     13:55 Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək?  |     13:51 Bəzi rayonlarda yağış, Şahdağ, Qrız və Xınalıqda isə qar yağır - FAKTİKİ HAVA  |     13:46 Aleksandr Lukaşenko Şuşaya traktor bağışlayıb  |     13:23 Ağır qəzada həlak olan şəxs polis zabiti imiş  |     13:09 Türkiyənin 77 vilayətində ƏMƏLİYYAT: İki mindən çox şübhəli barəsində istintaq başlayıb - VİDEO  |     12:55 Qadını maşına zorla mindirdilər - Əri və oğlu saxlanıldı  |     12:52 İyun 1-dən taksilərdə minimal gediş haqqı 4.50 AZN OLACAQ – KİV  |     12:49 Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”  |     12:48 Qala qəsəbəsində gənc oğlan həmyerlisini bıçaqladı  |     12:45 Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA  |     12:44 Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar  |     12:44 Qısqanclıq zəminində arvadına 29 bıçaq vuraraq öldürən şəxslə bağlı qərar verildi  |    

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik edib. Təbrikdə deyilir:
 
"Hörmətli həmvətənlər!
 
Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.
Bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. Ramazan bayramı günlərində mömin vətəndaşlarımız Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi zənginliyin üstünlüyünü yaşamaq fürsəti qazanırlar.

Azərbaycan İslam sivilizasiyasının tərkib hissəsi kimi bəşəriyyətin mədəni irsinə öz töhfələrini vermiş, böyük alimlər və mütəfəkkirlər yetişdirmişdir. İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynamışdır.


Əziz bacı və qardaşlarım!


Bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. İnanıram ki, bu müqəddəs bayram günlərində sizin dua və diləkləriniz Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Bir daha hər birinizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Ramazan bayramınız mübarək olsun!”
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 iyun 2019-cu il.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 437 03.06.19 19:05