Mojo.az Banner
23:01 Tanınmış vəkil vəfat etdi - FOTO  |     22:53 Ceyhun Bayramov həmkarı ilə regionu müzakirə etdi  |     22:51 Mingəçevirdə maşın yolu keçmək istəyən piyadaları vurdu  |     22:45 "Əl enerjisi" ilə müalicə edən əcnəbiyə otağı kirayə verən şəxs DANIŞDI - Video  |     22:33 Özbəkistanlı ekstrasens İqbol Soliyev Azərbaycandan çıxarıldı  |     22:20 Füzulidə mina partlayışı: Ölən var  |     22:16 Sabah Sumqayıtda 2000 abonent qazsız qalacaq  |     22:06 Əli Xameneinin öldüyü deyilən həyat yoldaşının sağ olduğu bildirilir  |     21:59 "Onu basdırdım, silahı dənizə atdım" - Ərini qətlə yetirən qadın  |     21:51 Rusiya səfiri Azərbaycana təşəkkür etdi  |     21:46 Azərbaycanda dollar ucuzlaşa bilər?  |     21:40 Xəlil Köçərli vəfat etdi  |     21:32 Vətəndaşları işə düzəltmək adı ilə dələduzluq - 300 min manat...  |     21:25 Məktəbdə müəllim işinə düzəldəcəyi adı ilə vətəndaşları aldatdı  |     21:20 Vətəndaşlar onlayn kredit götürülməsini birdəfəlik bloklamaq imkanı əldə edəcək  |     21:13 Daha bir tiktoker həbs edildi  |     21:07 İsrail SEPAH komandirini Livanda öldürdü  |     20:59 "Krokus" terrorunu törədən 15 nəfərə ömürlük həbs cəzası verildi  |     20:53 Azərbaycanda quş qripinə qarşı epizootoloji monitorinq keçiriləcək  |     20:46 Dövlət şirkətlərinin vəsaitindən təyinatı üzrə istifadə etməyənlər cəzalandırılacaq  |    
Left Banner
Right Banner

İlham Əliyev Pakistan prezidentini təbrik etdi

22.03.2019 11:55 4 143
İlham Əliyev Pakistan prezidentini təbrik etdi
Azərbaycan prezidenti İlham Əliyev pakistanlı həmkarı Arif Alvini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident, Pakistan İslam Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Pakistanı möhkəm dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi qardaş xalqlarımızın iradəsini əks etdirir.

Əminəm ki, ikitərəfli münasibətlərimizin inkişafı, əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına sülh və firavanlıq arzulayıram”.скачать dle 11.3
Mojo.az Banner