Prezidentə verilən məktublarda nə yazılıb? » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:09 Növbəti iki gün güclü geomaqnit qasırğası baş verəcək  |     11:48 45 yaşlı kişi qızının sinif yoldaşını evinə çağırıb, təcavüz etdi  |     11:40 Yunanıstan millisinin futbolçusu evində ölü tapılıb  |     11:26 Sumqayıtda avtomobilin bir neçə gün əvvəl vurduğu piyada xəstəxanada ölüb  |     11:17 BMT baş katibinin müavini COP29 sədrliyinə təşəkkür edib  |     22:32 Ceyhun Bayramov Quterreşin müavini ilə görüşüb  |     22:19 Azərbaycanda həkim VƏFAT ETDİ  |     22:03 Dövlət Agentliyi 145 min manata “Toyota Land Cruiser” alır  |     21:55 İcra başçısının qəbuluna getdi, özünə xəsarət yetirdi - Cərimə olundu  |     21:48 Nəcməddin Sadıkov uzun müddət sonra görüntüləndi - FOTO  |     21:40 Pensiyaçıların sayının azalmasına səbəb olan 3 amil...  |     21:35 75 yaşında siqareti tərgitmək sizə əlavə 0,7 il ömür verə bilər (ARAŞDIRMA)  |     21:29 10 manat nizamnamə kapitalı olan şirkət Füzulidə 100 milyon manata kənd tikəcək  |     21:21 Dövlət qurumu ilə iş adamının oğlu arasında nə baş verib?  |     21:15 Bitcoin"in yaradıcısı hesab olunan şəxs kimdir? - AÇIQLANDI (FOTO)  |     21:07 Türkiyə ordusu Suriyanın şimalında iki terrorçu zərərsizləşdirib  |     20:54 Rumıniya Rostovdakı Baş Konsulluğunu bağlayır  |     20:46 "Xınalıq və Köç Yolu" qoruğunun təmir-bərpa xərcləri 50 % artıb  |     20:40 Pol Poqba karyerasını ölkəsində davam etdirə bilər  |     20:31 Kəmaləddin Heydərovun Siyəzəndə vətəndaş qəbulunun vaxtı dəyişib  |    

Prezidentə verilən məktublarda nə yazılıb?

Hər bir dövlət qulluqçusunun qarşısında vəzifə qoyulub ki, vətəndaşlar arasında olsunlar. Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərlərində, o cümlədən Şamaxı və Ağsuda zəlzələdən zərər çəkmiş insanların problemləri ilə maraqlanması bunun bariz nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri martın 9-da jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev bildirib.

Prezident Administrasiyasının rəsmisi Şamaxı və Ağsuda əhali tərəfindən dövlətimizin başçısına təqdim olunan məktublarla bağlı da məlumat verib. Deyib ki, Şamaxıda və Ağsuda əhali ilə keçirilən görüşlərdə dövlətimizin başçısına təqdim olunan məktubların hamısı nəzarətə götürülüb. Bir dənə də olsun məktub və şifahi müraciət diqqətdən kənarda qalmayacaq. Həmin məktubların mütləq əksəriyyətində yeni evlər istənilir.

“Ölkəmizdə həyata keçirilən sosial siyasətin nəticəsidir ki, müraciət edən vətəndaşlar dövlətimizin başçısından hazır ev istəyirlər. Dünyanın heç bir yerində belə təcrübə yoxdur, evlər sığortalanır, dövlət bu qayğıdan kənarda qalır. Amma Azərbaycan bu siyasətlə də öndədir. Çünki Prezidentimizin dediyi kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyə Z.Nağdəliyev bildirib.

Zeynal Nağdəliyev qeyd edib ki, digər məktublar isə iş problemi və sosial qayğı ilə bağlıdır. Onların hər biri ciddi nəzarətə götürülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 792 09.03.19 14:12