Prezident yanğında ölənlərin ailələri ilə bağlı TAPŞIRIQ VERDİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:16 Metronun "28 May" stansiyasının qarşısındakı təmir işləri nə vaxt yekunlaşacaq? - VİDEO  |     14:05 Bakıda beşotaqlı ev yandı  |     14:02 Polkovnik Samir Həziyev barədə yeni qərar  |     13:52 Salyanda qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb  |     13:19 Azərbaycanda qalmaqallı bələdiyyənin möhürü yoxa çıxdı  |     13:14 Paris-2024: Dürsədəf Kərimova məğlub olub  |     22:57 İran Prezidentinin ilk mətbuat konfransının tarixi açıqlanıb  |     22:52 Azərbaycan Su Ehtiyatları Agentliyində yeni təyinat olub  |     22:43 Şirvanda şəhidin oğlu özünü asıb - FOTO  |     22:35 Antiterror əməliyyatının indiyədək açıqlanmayan DETALLARI  |     22:23 MN antiterror əməliyyatından görüntülər yaydı - VİDEO  |     22:11 Özbaşına ağrıkəsici qəbulu bu fəsadlara səbəb ola bilər - Xəbərdarlıq  |     22:00 Yol qəzası Mərdəkan şosesi istiqamətində sıxlığa səbəb olub  |     21:51 Salyanda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var  |     21:43 Daha iki avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib  |     21:32 Naxçıvanda elektrik vurması nəticəsində 9 yaşlı uşaq ölüb  |     21:15 Azərbaycan FHN-in Amfibiya təyyarəsi İzmir-Urla istiqamətində meşə yanğınları ilə mübarizəyə cəlb olunub - VİDEO  |     20:32 “Azərbaycan Dəmir Yolları” onlayn bilet satışını təkmilləşdirib - VİDEO  |     20:12 Bir ailənin 4 üzvü qidadan ZƏHƏRLƏNDİ  |     19:42 Qasırğaya görə 1 milyon nəfər təxliyə olundu  |    

Prezident yanğında ölənlərin ailələri ilə bağlı TAPŞIRIQ VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Respublika Narkoloji Mərkəzində baş verən yanğının nəticələrinin tez bir zamanda aradan qaldırılması və yanğının səbəblərinin araşdırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Dövlət başçısı Bakı Şəhər İcra Hakimiyyətinin başçısına və səhiyyə nazirinə həlak olanların ailə üzvlərinə kömək göstərilməsi və zərərçəkənlərə təcili olaraq lazımi tibbi yardım edilməsi ilə bağlı göstərişlər verib.

Həyata keçirilən tədbirlər Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir.

Qeyd edək ki, 2018-ci il martın 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilib.

Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 939 02.03.18 14:43