Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Dili bilməyən tələbələr ingilis bölməsində necə oxuyurlar?  |     22:52 Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırılıb  |     22:41 Xroniki yorğunluqdan əziyyət çəkənlər oxusun  |     22:29 Tramp: Venesuela qanunsuz miqrantları qəbul etməyə razılaşıb  |     22:11 Qəhvə beyinə necə təsir edir? – Maraqlı araşdırma  |     22:02 ANAMA sədrinin birinci müavini Bəhruz Məmmədov vəzifəsindən azad edildi  |     21:50 Bakı-Quba yolunda ağır qəza - Avtobus yük maşını ilə toqquşdu  |     21:37 “Qarabağ” yenə gerilədi  |     21:25 Paşinyan Trampdan rədd cavabı aldı  |     21:17 9 yaşlı uşaq zəhərlənib öldü  |     21:08 Yaxın günlərdə Kamçatkada güclü vulkan püskürə bilər  |     20:55 Azərbaycanda 255 min nəfər pulu olmadığı üçün ərzağı nisyə alıb - Rayonlar üzrə siyahı  |     20:40 Xəstəxanaya yerləşdirilən Nazimin səhhəti necədir? - AÇIQLAMA  |     20:37 Fərqanəyə uçan Özbəkistan təyyarəsi Türkmənistanda məcburi eniş edib  |     20:22 Hikmət Hacıyev İrana getdi - Mühüm görüşlər keçirdi  |     20:07 Qazaxıstan BMT reytinqində kibertəhlükəsizlik üzrə liderlərin ilk üçlüyünə daxil olub  |     19:59 Türkiyə Ordusu İraqda iki terrorçunu öldürüb  |     19:54 İsrail 183 fələstinli məhbusu azad edib  |     19:46 İrəvan sakinləri nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı meriyanın qərarını boykot edirlər  |     19:39 Koreyada iki balıqçı gəmisi saya oturub, bir nəfər ölüb  |    

Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

President.az xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycanı mühüm enerji təchizatçısına çevrilməyə kömək etmiş "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik etməkdən məmnunluq duyuram.

Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi bu ildə həmin tarixin qeyd edilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın qlobal enerjiyə keçid ilə bağlı sadiqliyi ölkənizin enerji sektorunda etibarlı tərəfdaş kimi onilliklər ərzində sürən tarixinə əsaslanır.

Biz Azərbaycanın öndə gedən rolunu gücləndirə və regionu transformasiya edə biləcək bərpa olunan enerjidən istifadə və yaşıl enerjinin ixracı marşrutlarının inkişaf etdirilməsinə dair səylərinizi alqışlayırıq.

"Əsrin müqaviləsi" bizim birlikdə çalışaraq nələrə nail ola biləcəyimizin sübutudur.

Bugünkü telefon danışığımız zamanı qeyd etdiyim kimi, Amerika Birləşmiş Ştatları əməkdaşlığımızı genişləndirmək və qlobal enerji keçidi və Azərbaycanın enerji gündəliyi daxil olmaqla, müxtəlif vacib məsələlər üzrə birgə çalışmağa hazırdır".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            408 21.09.24 19:17