Prezident İlham Əliyev Pakistan rəhbərliyini təbrik edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Prezident İlham Əliyev Pakistan rəhbərliyini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə təbrik məktubu ünvanlayıb.

Bu barədə President.az xəbər verir.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident, Pakistan İslam Respublikasının milli bayramı − Pakistan Günü münasibətilə Sizi və qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.

Azərbaycan ilə Pakistan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi bizi sevindirir. Dini-mədəni köklər və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin gündən-günə genişlənməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığımızın güclənməsi məmnunluq doğurur.

Bu gün siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə səmərəli əməkdaşlığımız ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edərək onları bir-birinə daha da yaxınlaşdırır. Aramızdakı fəal siyasi dialoq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Biz Pakistana Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq.

Əminəm ki, Azərbaycan-Pakistan çoxşaxəli münasibətlərinin inkişafı, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə və qətiyyətlə həyata keçirəcəyik.

Belə bir bayram günündə Sizə ən xoş arzularımı çatdırır, qardaş Pakistan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Azərbaycan Prezidenti, həmçinin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifi də təbrik edib.

Məktubda qeyd olunur:

“Hörmətli cənab baş nazir, 23 mart - Pakistan Günü münasibətilə Sizi və qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir və ən xoş arzularımı çatdırıram.

Pakistan Azərbaycanın yaxın dostu, qardaşı və etibarlı tərəfdaşıdır. Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin bütün sahələrdə genişləndirilməsinə, o cümlədən strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə xüsusi önəm veririk. Ali səviyyədə qarşılıqlı anlaşma və intensiv siyasi dialoq bunun üçün əlverişli zəmin və imkanlar formalaşdırmışdır.

Qardaş ölkələrimizin istər ikitərəfli qaydada, istərsə də beynəlxalq strukturlar çərçivəsində səmərəli əməkdaşlığı və bir-birini dəstəkləməsi məmnunluq doğurur. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Pakistanın davamlı dəstəyini və ədalətli mövqeyini Azərbaycan xalqı hər zaman yüksək qiymətləndirir.

Hazırda istər iqtisadi-ticari, istərsə də nəqliyyat, enerji, müdafiə, humanitar və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin genişlənməsi üçün yaxşı şərait mövcuddur. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Pakistan ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək, çoxşaxəli əməkdaşlığımızı inkişaf etdirmək və strateji tərəfdaşlığımızı daha da dərinləşdirmək naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Tezliklə Bakıda görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Pakistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            339 23.03.24 13:02