Mojo.az Banner
12:39 Qusarda şadlıq sarayının fəaliyyəti dayandırıldı - VİDEO  |     12:38 Ermənistana Azərbaycan üzərindən İLK DƏFƏ alüminium göndərildi  |     12:36 Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi keçirilir  |     12:34 Ali Məhkəmə rüşvətə görə həbs edilən sabiq baş həkimlə bağlı qərar verdi  |     12:33 Azərbaycan nefti 10 dollara yaxın UCUZLAŞDI  |     12:21 Gəncədə yeniyetmə yaşıdı tərəfindən BIÇAQLANDI  |     12:18 Konfrans Liqasında finala son addım  |     12:16 Günorta yuxusundan sonra niyə yorğunluq hiss edirik? - Mütəxəssisdən açıqlama  |     12:15 Roma Papası banka zəng etdi, əməkdaş isə telefonu onun üzünə bağladı  |     12:10 "OpenAI" "ChatGPT" üçün yeni pulsuz modeli təqdim edib  |     12:05 Bakıdakı xəstəxanada biraylıq KÖRPƏ ÖLDÜ  |     12:03 Metronun iş rejimi dəyişdirilir: İNTERVAL ARTIRILIR  |     11:58 Füzulidə 85 yaşlı kişi faciəli şəkildə öldü  |     11:51 Bakının mərkəzi küçələrindən biri BAĞLANIR - FOTO  |     11:46 Nazirin işdən çıxartdığı Təranə Əhmədovaya TƏBİB-də VƏZİFƏ VERİLDİ  |     11:25 Neft kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI  |     11:19 Azərbaycan və Türkiyə zirehli texnikaları birgə modernləşdirəcək  |     23:03 “Oskar” qaydaları dəyişir  |     22:56 Uşaqlar üçün VİDEOÇARX: “İnternetdə hər kəs dost deyil!”  |     22:51 Sürət həddini nəzarətdə saxlamaq yanacaq sərfiyyatına necə təsir edir? - ARAŞDIRMA  |    
Left Banner
Right Banner

Çin sədri İlham Əliyevi təbrik etdi

22.12.2023 12:24 3 567
Çin sədri İlham Əliyevi təbrik etdi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Çin və Azərbaycan ənənəvi dost tərəfdaşlardır. Hazırda Çin-Azərbaycan münasibətləri çox yaxşı və sabit inkişaf edir, siyasi qarşılıqlı etimad daim möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq müvəffəqiyyətlə irəliləyir. Sizin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üzrə səylərinizi yüksək qiymətləndirirəm. Ötən ilin sentyabrında biz Səmərqənd şəhərində yeni dövrdə ikitərəfli münasibətlərin inkişafına dair mühüm razılaşmaların əldə olunduğu uğurlu görüş keçirdik.

Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram.

Sizə möhkəm cansağlığı və əmin-amanlıq arzulayıram”.скачать dle 11.3
Mojo.az Banner