Prezident İlham Əliyev: “Bəzi ölkələrin yürütdüyü “vaksin milliyyətçiliyi” siyasətinə səssiz qalmadıq” » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:59 Son 5 ildə neçə uşaq övladlığa verilib?  |     14:48 Bakıda şirkətə qarşı 17 min manatlıq dələduzluq olub  |     13:26 Sumqayıtda avtotəmir sexi yanır - VİDEO  |     12:44 Azərbaycanda kişi arvadını güllələdi  |     12:42 Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü  |     11:59 GTA 6 nə vaxt buraxılacaq?  |     11:51 Qətər Qəzza sakinlərinə kömək üçün 4.5 milyon dollar ayıracaq  |     11:41 Sürücülərin NƏZƏRİNƏ: "Lökbatan" dairəsindən mərkəz istiqamətinə yol BAĞLIDIR  |     11:37 Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     11:31 Namaz qılmaq üçün məscidə getdi - Yoxa çıxdı  |     11:24 Azərbaycan müdafiə naziri Türkiyəyə başsağlığı verdi  |     22:18 İstifadəçilər “Windows 11”ə daha tez keçdilər – SƏBƏB  |     21:45 Daşınmaz əmlaka dair sənədlərin həqiqiliyini yoxlamaq mümkündür - VİDEO  |     21:41 Turizm üçün ən yaxşı ölkə  |     21:35 Ləhic bağlarından OĞURLUQ  |     21:25 Bu ölkədə meymunlara görə referendum keçirilir  |     21:18 Firon İkinci Ramzesin qılıncı tapıldı  |     21:10 Kimlərə isti havada qəhvə içmək olmaz?  |     21:05 Sentyabrda ÜÇ BÜRC zənginləşmək şansı qazanacaq: Pul küləyi onların istiqamətində əsəcək  |     20:59 Pis qoxu və üfunət... - Abşeronda kanalizasiya problemi (VİDEO)  |    

Prezident İlham Əliyev: “Bəzi ölkələrin yürütdüyü “vaksin milliyyətçiliyi” siyasətinə səssiz qalmadıq”

“Biz bəzi ölkələrin yürütdüyü “vaksin milliyyətçiliyi” siyasətinə səssiz qalmadıq və vaksinlərin ədalətli şəkildə bölüşdürülməsini təşviq etdik. Humanist dəyərləri əsas götürərək Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv dövlətlər olmaqla 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım göstərdi. Bununla yanaşı, bu il Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyanın fəsadlarının aradan qaldırılması məqsədilə maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul etdi”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 20-də Bakıda keçirilən Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransının iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı, həmçinin qeyd edib:

“Sədrliyimiz dövründə Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində də mühüm addımlar atılmışdı. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis edilib. Bu ilin iyul ayında Hərəkatın Bakıda keçirilmiş konfransı zamanı Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təklifi tərəfimdən irəli sürülüb”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            774 20.11.23 14:37