Mojo.az Banner
23:01 Bakıda satılan İran malları bahalaşdı - Yeni qiymətlər  |     22:54 Azərbaycanlı alim ABŞ-dən deportasiya edilir  |     22:48 Tanınmış iş adamı vəfat etdi  |     22:40 Rusiyada azərbaycanlı iş adamının restoranı söküləcək - FOTO  |     22:35 Bu ölkədə süni intellektlə işləyən imam fəaliyyətə başlayacaq  |     22:27 Azərbaycanda ən çox şikayət olunan banklar - SİYAHI  |     22:22 Bakıda ailə münaqişəsi faciəyə çevrildi: 69 yaşlı ana qızını bıçaqladı (Video)  |     22:07 Yarım milyonu mənimsəməkdə ittiham olunan çobanın valideynləri açıqlama verdilər (Video)  |     22:01 Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Azərbaycana gətirildi  |     21:53 Təbrizdə hərbi vəziyyət elan edildi - FOTO  |     21:44 "Med Corporation"un külli miqdarda vergi borcu var  |     21:39 Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə baxış keçirdi  |     21:33 Ağdamda avtomobillər üçün şarj cihazı istehsal olunur (Video)  |     21:25 Bu il pensiyalar nə qədər artırılacaq?  |     21:20 Azərbaycanda pensiyaçıların sayı açıqlandı  |     21:12 Ötən il 540 nəfər Azərbaycana readmissiya olunub  |     21:05 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:00 Aygündən Röyaya dəstək - FOTO  |     20:51 “1500 manatlıq yardım” elanı yalandı - ALDANMAYIN  |     20:41 “Harada park etdim?” problemi tarixə qovuşur: “Google”dan yeni funksiya  |    
Left Banner
Right Banner

İlham Əliyev: “Azərbaycan ilə Macarıstan arasında uğurlu əməkdaşlıq məmnunluq doğurur”

23.10.2023 12:55 2 256
İlham Əliyev: “Azərbaycan ilə Macarıstan arasında uğurlu əməkdaşlıq məmnunluq doğurur”
“Azərbaycan ilə Macarıstan arasında yüksəksəviyyəli dövlətlərarası əlaqələr və uğurlu əməkdaşlıq məmnunluq doğurur. Möhkəm dostluğun və tərəfdaşlığın yaxşı nümunəsi olan, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi olduqca sevindirir”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbana bu ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Ölkələrimizin beynəlxalq və regional təşkilatlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyətini və dəstəyini, aktual qlobal və regional məsələlərdə oxşar mövqelərdən çıxış etməsini xüsusi qeyd edən dövlətimizin başçısı bildirib:

“Əminəm ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə ölkələrimiz arasında genişlənmiş strateji tərəfdaşlığın, həm ikitərəfli qaydada, həm də çoxtərəfli müstəvidə, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq”.скачать dle 11.3