"İkinci Qarabağ müharibəsi onların bizim qarşımızda heç bir şansının olmadığını göstərdi" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Türkiyədə zəlzələ oldu  |     22:22 Roma imperatoru Yustinian dövründə tikilmiş 1500 illik xristian bazilikası tapıldı  |     22:16 Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı  |     22:07 3 milyon il ərzində formalaşmış planet tapıldı - Yerdən 520 işıq ili uzaqda...  |     22:01 Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR  |     21:55 Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR  |     21:47 Sumqayıtın 75 illiyi ilə bağlı möhtəşəm konsert və atəşfəşanlıq olacaq  |     21:42 İranda din xadimi beş il azadlıqdan məhrum edilib  |     21:38 "Real"ın ulduz futbolçusu zədələnib  |     21:30 Naxçıvanda əhaliyə verilən təbii qazın limitinin artırılması təklif olunub  |     21:24 İran SWIFT sistemini ACUMER-lə əvəzləyib  |     21:19 Dünyanın ən yaşlı futbolçusu vəfat edib  |     21:11 Lənkəranda avtomobillər toqquşub, xəsarət alanlar var  |     21:06 Ötən həftə azad olunan ərazilərdə 213 mina zərərsizləşdirilib  |     20:59 Peskov: Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib  |     20:54 Gürcüstan parlamenti 150 deputatın səlahiyyətini tanıyıb  |     20:48 Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ  |     20:41 Türkiyə ordusu Suriyada yeni əməliyyat keçirib, 7 terrorçu öldürülüb  |     20:35 Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib  |     20:27 İngiltərə klubu baş məşqçisi ilə yolları ayırıb  |    

"İkinci Qarabağ müharibəsi onların bizim qarşımızda heç bir şansının olmadığını göstərdi"

"Bilirsiniz, bu, Ermənistandakı vəziyyəti əks etdirən bir fikirdir. Regionda sülhün bərqərar olunması ilə bağlı bizim mövqeyimizə gəldikdə, mən bir neçə dəfə açıq bəyanatlar vermişəm və yəqin siz internetə baxsanız onları tapa bilərsiniz. Bunlar xüsusilə sərhədlərin delimitasiyası və demarkasiyası üzərində işə başlamaqdan, Ermənistanla sülh sazişinin üzərində aparılacaq hərtərəfli danışıqlara hazırlaşmağa başlamaqdan ibarətdir. Bütün bunlar xoşməramlı jestlərdir".

Bu¾ fikirləri sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın "France-24” televiziya kanalına müsahibəsində deyib.

"Yeri gəlmişkən, bunların heç birinə Ermənistan rəhbərliyi tərəfindən adekvat cavab verilməyib. Onlar ya bu təkliflərə məhəl qoymur, ya da ki, hazır olmadıqlarını deyirlər. Lakin mənim bəyanatım öz mənşəyini Ermənistanda müşahidə etdiyimiz tendensiyadan götürür. Bu siyasi istablişmentin bəzi dairələrində revanşizm tendensiyasıdır. Söhbət təkcə müxalifətdən getmir, iqtidardan da gedir. İntiqam almaq üçün ictimai bəyanatlardan və daha önəmlisi praktiki addımlardan, Ermənistanı militarizasiya etmək cəhdlərindən, bir məqsəd xatirinə edilən, müharibəyə yenidən başlamaq üçün yeni müasir avadanlıqlara çıxış əldə etmək cəhdlərindən gedir. Buna görə, mənim sözlərim kobud görünə bilər, lakin bu sözlərin əsas məqsədi Ermənistan rəhbərliyi və Ermənistan siyasi istablişmentini istənilən revanşizm əlamətlərinə, xalqımıza, dövlətçiliyimizə və ərazi bütövlüyümüzə qarşı istənilən təhlükəyə cavab veriləcəyi haqqında xəbərdar etməkdən ibarət idi. Onlar bizim necə cavab verdiyimizi bilir və İkinci Qarabağ müharibəsi onların bizim qarşımızda heç bir şansının olmadığını göstərdi. Biz müharibəyə başlamaq istəmirik. Bu, bizə lazım deyil. Danışıqlar aparılan illər ərzində bu, bizə heç vaxt lazım olmayıb. Lakin indi hesab edirəm ki, revanşizm səylərindən vaz keçmək və gələcəyə doğru baxmaq üçün onlara xəbərdarlıq etmək vaxtıdır", - dövlət başçısı bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            654 28.09.21 20:47