İlham Əliyev Vladimir Putinə zəng etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:46 XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım etdi  |     16:45 Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır  |     16:20 Keçmiş məhkumlar narkotiklə tutuldular  |     16:12 PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”  |     16:07 Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI  |     14:59 Azərbaycanda zəlzələ olub  |     14:41 Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ  |     14:19 Bakıda 55 yaşlı qadının meyiti tapıldı  |     14:10 Bakıda ağacəkmə aksiyası keçirilib  |     14:09 Əli Əsədov Türkiyəyə səfər edəcək  |     14:07 Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar - FOTO/VİDEO  |     14:05 Xətaidəki qəzada 13 yaşlı oğlan xəsarət alıb  |     14:05 Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb  |     13:45 Bölgələrə yağış, Şahdağda isə qar yağıb - FAKTİKİ HAVA  |     13:44 Yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib  |     13:43 Samuxda narkotik yetişdirən şəxs saxlanıldı - FOTO  |     13:41 Dünya bazarında neft qiymətləri dəyişib  |     13:39 Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq  |     13:31 Beyləqanda dörd narkotacir ələ keçdi  |     13:30 Bakının bir yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı  |    

İlham Əliyev Vladimir Putinə zəng etdi

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlətimizin başçısı Rusiya Prezidentini Hakim “Yedinaya Rossiya” Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Azərbaycan Prezidenti bu qələbəni Vladimir Putinin rəhbərliyi ilə ölkənin inkişafı və firavanlığına yönəlmiş siyasətə xalq tərəfindən verilən qiymətin təzahürü kimi dəyərləndirib.

Rusiya Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

Söhbət zamanı dövlət başçıları əmin olduqlarını bildiriblər ki, yeni seçilmiş Dövlət Duması ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələri bundan sonra da davam edəcək.

Prezident İlham Əliyev Perm şəhərində baş vermiş hadisə nəticəsində həlak olanlarla bağlı Vladimir Putinə başsağlığı verib. Rusiya Prezidenti başsağlığına görə təşəkkürünü bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            771 20.09.21 18:35