İlham Əliyev “Suraxanı” yarımstansiyasının açılışında iştirak etdi - FOTOLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |     19:07 Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb  |     18:59 İranlı deputatdan atom bombası yaratmağa çağırış  |     18:46 Azərbaycan və Qırğızıstan gəncləri birgə fəaliyyətlə bağlı memorandum imzalayıblar  |     18:32 Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN  |     18:23 Türkiyədə azərbaycanlının 70 kiloqram qızılla saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ (VİDEO)  |     18:17 Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?  |     18:14 Azərbaycanda bir universitetin təmirinə 790 min manat sərf olunacaq  |     18:03 Şahrudin Məhəmmədəliyev uzun müddət sonra yenidən yaşıl meydanlara qayıdır  |     17:55 Tacikistanın şimalında zəlzələ oldu  |     17:47 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır? - Ali Məhkəmənin mövqeyi  |     17:46 Dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə şərti cəza verildi  |     17:41 Azərbaycanda bəzi kursantlara ödəniş ediləcək  |     16:41 Temperatur düşəcək, leysan yağacaq  |     16:30 Qəzzada öldürülən jurnalistlərin sayı 189-a yüksəldi  |    

İlham Əliyev “Suraxanı” yarımstansiyasının açılışında iştirak etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq "Suraxanı” yarımstansiyasının açılışında iştirak edib.

"Report" xəbər verir ki, 1932-ci ildə tikilən "Suraxanı” yarımstansiyası istismar müddətini dəfələrlə keçmişdi və təbii ki, artan tələbatı qarşılaya bilmirdi. Məhz buna görə, yarımstansiyada əsaslı şəkildə yenidənqurma işləri aparılıb.

"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlət başçısına məlumat verib ki, yarımstansiya sökülərək açıq tiplidən qapalı tipli variantda tam yenidən qurulub.

Dövlət başçısı yarımstansiyanı işə salıb.

Hazırda dünyada pandemiyanın davam etməsinə və iqtisadi-maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial infrastrukturun daha da müasirləşdirilməsi, əhalinin sosial məsələlərinin həlli istiqamətində icra olunan layihələr uğurla və ardıcıl şəkildə davam edir. Bu layihələr arasında əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində həyata keçirilən işlər xüsusi yer tutur. Son illərdə yeni müasir elektrik yarımstansiyalarının yaradılması, mövcudlarının əsaslı yenidən qurulması bu sahənin maddi-texniki bazasının daha da möhkəmləndirilməsində mühüm rol oynayır və nəticədə istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasını təmin edir.

"Suraxanı” yarımstansiyasında digərlərində olduğu kimi müasir avadanlıq quraşdırılıb. Yarımstansiya Suraxanı rayonunu, Sabunçu və Xəzər rayonlarının bir hissəsini, o cümlədən bir neçə digər sosial strateji və sosial infrastruktur obyektini elektrik enerjisi ilə təchiz edəcək.

Xüsusi layihə əsasında "Suraxanı” yarımstansiyasının gərginliyi dəyişdirilərək 110/20/6 kilovoltluqdan 110/35/6 kilovoltluğa keçirilib, itkilərin azaldılmasına nail olunub. Eyni zamanda, yarımstansiyanın transformatorlarının ümumi gücü də 126 meqavolt amperədək artırılıb. Müasir avadanlığın quraşdırılması nəticəsində yarımstansiyanın istismar xərclərinin azaldılmasına, işçi heyətin təhlükəsiz əmək fəaliyyətinə, avadanlıqların ətraf mühitin zərərli təsirindən qorunmasına və yarımstansiyanın daha səmərəli fəaliyyət göstərməsinə nail olunub.













скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            627 06.08.21 16:05