İlham Əliyev Nursultan Nazarbayevi təbrik etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:08 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     18:58 Naxçıvanda yol qəzası olub, xəsarət alan var  |     18:48 Azərbaycanda zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb - YENİLƏNİB  |     18:40 Təhsil sektoruna yeni rəhbər təyin olundu  |     18:12 Nohur gölündə suyun səviyyəsi təhlükəli həddə çatıb - VİDEO  |     18:03 Baş direktor Lənkərandakı güclü zəlzələ barədə: “Afterşoklar ola bilər”  |     17:49 Azərbaycanlı müğənni avtomobili ilə iki azyaşlını vurdu  |     17:48 “Avroviziya-2024”ün niderlandlı favoriti dava etdiyi üçün müsabiqədən diskvalifikasiya edildi  |     17:43 Azərbaycanda güclü zəlzələ oldu  |     17:22 Bakıda tramvay xəttinin reallaşmasına artıq başlanılıb  |     17:18 Mövlam Şixəliyev özünü və əmlaklarını xilas edə bilmədi  |     17:17 Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürdü  |     17:16 Rusiya qoşunları daha altı yaşayış məntəqəsini nəzarətə götürdü  |     17:12 ICESCO: “Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir”  |     16:24 BMT Baş Assambleyası Fələstinin üzvlük ərizəsini təsdiqlədi  |     16:17 Saxta gömrük "polkovniki"nə hökm oxundu: 86 min manata vəzifəyə "təyin edirmiş"...  |     16:13 Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO  |     16:04 Vasif Talıbov 1 il sonra göründü (FOTO)  |     15:58 Xankəndi-Şuşa-Laçın yolunun uzunluğu neçə km olacaq?  |     15:41 Bakıda idman zallarında qiymətlər necədir? (VİDEO)  |    

İlham Əliyev Nursultan Nazarbayevi təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevə təbrik məktubu ünvanlayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Təbrik mətnində deyilir:

“Hörmətli Nursultan Abişeviç,

Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Siz şərəfli bir ömür yolu keçərək Qazaxıstan Respublikasının rifahı, bugünkü səviyyəyə yüksəlməsi üçün var qüvvənizi sərf etmiş, ölkənizin beynəlxalq aləmdə layiqli yer tutmasına nail olmuş görkəmli dövlət xadimisiniz.

Azərbaycan ilə Qazaxıstanı xalqlarımızın ortaq tarixi və mənəvi dəyərlərindən qaynaqlanan dostluq və qardaşlıq telləri birləşdirir. Mən xalqlarımız və ölkələrimiz arasında bu əlaqələrin möhkəmləndirilməsi istiqamətində xidmətlərinizi yüksək qiymətləndirirəm. Eyni zamanda Türk Şurasının fəxri sədri kimi fəaliyyətinizi, türkdilli xalqlar arasında birliyin bərqərar olması naminə töhfənizi xüsusi qeyd etmək istəyirəm.

Atam Prezident Heydər Əliyevlə Sizin aranızda mövcud olmuş dərin hörmət və ehtiramı, səmimi dostluq münasibətlərini yüksək tutur, həmişə gözəl təəssüratlarla xatırlayıram.

Hörmətli Nursultan Abişeviç, bu əlamətdar gündə bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə işlərinizdə daim uğurlar diləyirəm”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            840 06.07.21 12:47