İlham Əliyev Cozef Baydeni təbrik etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:48 Azərbaycanda zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb - YENİLƏNİB  |     18:40 Təhsil sektoruna yeni rəhbər təyin olundu  |     18:12 Nohur gölündə suyun səviyyəsi təhlükəli həddə çatıb - VİDEO  |     18:03 Baş direktor Lənkərandakı güclü zəlzələ barədə: “Afterşoklar ola bilər”  |     17:49 Azərbaycanlı müğənni avtomobili ilə iki azyaşlını vurdu  |     17:48 “Avroviziya-2024”ün niderlandlı favoriti dava etdiyi üçün müsabiqədən diskvalifikasiya edildi  |     17:43 Azərbaycanda güclü zəlzələ oldu  |     17:22 Bakıda tramvay xəttinin reallaşmasına artıq başlanılıb  |     17:18 Mövlam Şixəliyev özünü və əmlaklarını xilas edə bilmədi  |     17:17 Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürdü  |     17:16 Rusiya qoşunları daha altı yaşayış məntəqəsini nəzarətə götürdü  |     17:12 ICESCO: “Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir”  |     16:24 BMT Baş Assambleyası Fələstinin üzvlük ərizəsini təsdiqlədi  |     16:17 Saxta gömrük "polkovniki"nə hökm oxundu: 86 min manata vəzifəyə "təyin edirmiş"...  |     16:13 Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO  |     16:04 Vasif Talıbov 1 il sonra göründü (FOTO)  |     15:58 Xankəndi-Şuşa-Laçın yolunun uzunluğu neçə km olacaq?  |     15:41 Bakıda idman zallarında qiymətlər necədir? (VİDEO)  |     15:34 Şamaxıda avtomobil yanıb  |     15:29 Azərbaycanda vəfat edən tələbə bir gün əvvəl əməliyyat olunubmuş - AÇIQLAMA  |    

İlham Əliyev Cozef Baydeni təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydeni təbrik edib.

Təbrikdə deyilir:

Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində bir sıra sahələrdə strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlərimiz, ikitərəfli əlaqələrimizin inkişaf dinamikası məmnunluq doğurur.

İrimiqyaslı enerji layihələri, beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizmə qarşı mübarizə, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyası çərçivəsində sıx əməkdaşlığımız Azərbaycan-ABŞ münasibətlərini səciyyələndirən mühüm istiqamətlərdəndir. Biz enerji təchizatı marşrutlarının diversifikasiyası, xüsusilə də Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasına Birləşmiş Ştatların göstərdiyi dəstəyi yüksək qiymətləndiririk.

Bildiyiniz kimi, keçən il 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulmuş, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuş, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası təmin edilmişdir.

Münaqişənin başa çatması bölgədə yeni geosiyasi reallıq yaratmış, davamlı sülh, iqtisadi dirçəliş və regional əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırmışdır. Hesab edirəm ki, ABŞ yaranmış reallığa uyğun olaraq Azərbaycan ilə Ermənistan arasında ərazi bütövlüyünə, suverenliyə, sərhəd toxunulmazlığına qarşılıqlı hörmət əsasında dayanıqlı sülhün bərqərar olmasına və etimad mühitinin yaradılmasına əhəmiyyətli töhfə verə bilər.

Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir. Biz bu prosesdə tərəfdaş qismində ABŞ şirkətlərini də görmək istərdik.

İnanıram ki, Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə bir daha Sizə ən səmimi təbriklərimi yetirir, Amerika Birləşmiş Ştatlarına daim əmin-amanlıq və rifah arzulayıram.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            852 03.07.21 13:07