Azərbaycanda günəş elektrik stansiyası tikiləcək - SƏRƏNCAM » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:09 “Traktor”un ispaniyalı baş məşqçisi istefa verib  |     12:07 Azərbaycanda vəzifəli şəxs vəfat edib  |     12:05 Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     12:05 Azərbaycan nefti ucuzlaşıb  |     11:58 Laçında püşkatmada vətəndaşa düşən ev başqasına verilib? - AÇIQLAMA  |     11:56 Maştağada 51 yaşlı qadını avtomobil vurub  |     11:56 Həftəsonu qitənin yaşıl meydanlarında futbol həyəcanı - AFİŞA  |     11:54 Bakıda gənc qızı avtomobil vurub  |     11:51 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası müşahidə olunur  |     11:51 Bakıda ağır qəza: Xəsarət alanlar var  |     11:48 Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO  |     11:48 “Apple” “Google”dan 20 milyard dollar alıb  |     11:46 “WhatsApp” iki yeni funksiya təqdim edib - FOTO  |     11:44 Kosmik uçuşlar üçün rezervasiyalar başladı - VİDEO  |     11:37 Sumqayıtda çirkab suları evlərə dolur - VİDEO  |     11:34 Bakıda bəy gəlini nikah masasında TƏRK ETDİ  |     11:31 Qapalı məkanda siqaret çəkən şəxslər CƏZALANDIRILDILAR  |     11:27 Bakıda gənc oğlan itkin düşdü  |     11:24 Lənkəranda inəyi vuran avtomobil yanıb  |     22:59 Tarixi abidənin üzərində qanunsuz tikinti apardılar: Qurum məsələyə qarışdı - VİDEO  |    

Azərbaycanda günəş elektrik stansiyası tikiləcək - SƏRƏNCAM

Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidenti sərəncam imzalayıb.

Stansiyanın tikintisi ilə bağlı pilot layihənin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.

Tikinti ilə əlaqədar “İnvestisiya müqaviləsi”nin, “Enerji alqı-satqı müqaviləsi”nin, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin, “Torpaq icarə müqaviləsi”nin, “Birbaşa razılaşma”ların və “Müstəqil mühəndis müqaviləsi”nin imzalanması ilə bağlı zəruri tədbirlərin görülməsi, daha sonra Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış müvafiq müqavilələrin təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Nazirlər Kabinetinə tapşırılıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə “İnvestisiya müqaviləsi”ndə və “Enerji alqı-satqı müqaviləsi”ndə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etməlidirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 197 02.04.21 13:37