Şamil Ayrım İlham Əliyevi təbrik etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Şamil Ayrım İlham Əliyevi təbrik etdi

Türkiyə Böyük Millət Məclisinin deputatı, Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Zati-alinizə və ailənizə cansağlığı, xoşbəxtlik diləyirəm.

Zati-alinizin Ali Baş Komandan olaraq cəsarəti, müdrikliyi və liderliyi sayəsində qəhrəman Azərbaycan Ordusu 44 günlük qısa bir müddətdə ümummilli lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək Azərbaycan xalqının 27 illik həsrətinə son qoymuş və Qarabağı azad etmişdir. Bu müddətdə başda Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan olmaqla, bütün türk xalqı Azərbaycanın qələbəsi üçün dualar edib və dəstəyini verib.

İndiyədək olduğu kimi, bundan sonrakı müddətdə də Türkiyə Respublikası istənilən şəraitdə, vəziyyətdə can Azərbaycanın yanında olmaqda davam edəcək.

Möhtərəm cənab Prezidentim, “Bir millət, iki dövlət” şüarı ilə Zati-alinizin və Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın səyləri sayəsində Qafqazda bundan sonra sülh, firavanlıq, rifah və əmin-amanlıq davamlı olacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            618 24.12.20 12:45