İlham Əliyev: “Azərbaycan Ermənistanla Moskvada və ya başqa bir yerdə danışıqlar aparmağa hazırdır” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

İlham Əliyev: “Azərbaycan Ermənistanla Moskvada və ya başqa bir yerdə danışıqlar aparmağa hazırdır”

Rəsmi Bakının təmsilçiləri Moskvada və ya başqa bir yerdə erməni tərəfi ilə Dağlıq Qarabağla bağlı danışıqlar aparmağa hazırdırlar.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS agentliyində müsahibəsində söyləyib.

“Qarşıdurmaya son qoymaq və həll yollarını tapmaq üçün həm Moskvada, həm də hər hansı digər bir yerdə görüşməyə hər zaman hazırıq”, deyə İlham Əliyev vasitəçilik yolu ilə həmkarı ilə görüşmək üçün Moskvaya gəlməyə hazır olub-olmadığına dair suala cavab verərkən qeyd edib.

Eyni zamanda, Azərbaycan Prezidenti Bakının hər cür təmasa hazır olduğunu söyləyib.

“Hazırkı vəziyyətdə mən belə bir dəvət almamışam, bu səbəbdən sual mənə ünvanlanmamalıdır. Şəxsən Rusiya Prezidenti Vladimir Putin, ondan əvvəl Dmitri Medvedev, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli görüşlər təşkil edib. Ancaq Ermənistanda hakimiyyət şərti olaraq “Soros”un əlinə keçəndən sonra bu cür təmaslar dayandırılıb”, deyə İ. Əliyev bildirib.

Azərbaycan Prezidentinin sözlərinə görə, Rusiya həmişə münaqişənin həllində mühüm rol oynayıb. Bunun üçün həm tarixi, həm də coğrafi baxımdan obyektiv səbəblər var. Buna səbəb həmçinin Rusiyanın on illərdir bölgəmizdə fəal şəkildə fəaliyyət göstərməsi və qarşılıqlı əlaqələrin yüksək səviyyədə olmasıdır. Buna görə də biz hər cür təmaslara hazırıq” – Azərbaycan Respublikasının prezidenti vurğulayıb.

İ. Əliyev xatırladıb ki, xarici işlər nazirlərinin görüşünün təşkili barədə təklif aldıqda, Azərbaycan tərəfi dərhal bu görüşə razılıq verib.

“Bu məqam həmçinin bizim mövqeyimizin göstəricisidir, axı o zaman Azərbaycan ordusu strateji ərazilərin bir hissəsini artıq uğurla azad etmişdi. Münaqişənin davam etməsindən on gündən çox vaxt keçmişdi və kimin nəyə qadir olduğu hər kəs üçün demək olar ki, aydın idi. Hərbi əməliyyatların gələcək gedişatını proqnozlaşdırmaq çox çətin deyildi. Ancaq buna baxmayaraq biz nə vaxtı uzatdıq, nə də danışıqlardan imtina etdik. Biz dedik: “Bəli, biz hazırıq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 089 19.10.20 19:05