Azərbaycanlılar və xarici vətandaşlar Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.
Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur.
Azərbaycanın və dünyanın bir çox yerlərindən ünvanlanan məktublarda dövlət başçısının qətiyyəti nəticəsində uzun illərdir düşmən tapdağında olan torpaqlarımızın geri alındığı vurğulanır və Ali Baş Komandana bu çətin və şərəfli işində uğurlar arzu edilir.
Müraciət müəllifləri Azərbaycan Prezidenti İlham Əliyevi Qarabağ da daxil olmaqla bütün Azərbaycanın bayraqdarı adlandırır.
Azərbaycan xalqı əminliklə bildirir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qələbə mütləq Azərbaycanın olacaq.