Mehriban Əliyeva: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:39 "Jirona" klubu Niderland millisinin futbolçusu ilə müqavilə müddətini uzadıb  |     21:32 Pelleqrini: Baş nazirə sui-qəsd Slovakiya demokratiyası üçün görünməmiş təhlükədir  |     21:23 Tbilisidə etiraz aksiyasında polisə hücum edən şəxs həbs olunub  |     21:15 “Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətirib  |     21:11 Küveytdə yeni hökumət and içib  |     21:04 Lənkəranda poçt şöbəsindən oğurluq edilib  |     20:58 "Formula 1" pilotu "Uilyams"la müqavilə müddətini uzadıb  |     20:50 Bu il Azərbaycan ərazisindən daşınan yüklərin həcmi açıqlanıb  |     20:44 Fransada keçiriləcək olimpiadanın büdcəsi tükənir  |     20:39 Sabah Bakıda və bölgələrdə 20 dərəcə isti olacaq  |     20:30 Nazir müavini: “Azərbaycanın regionlarında “Belarus” mağazaları açılacaq”  |     20:24 G7 ölkələrinin sammitində Azərbaycanın COP29-a hazırlıqla bağlı gördüyü işlərdən danışılıb  |     20:17 Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var  |     20:09 Kim Çen In taktiki raket sistemi ilə tanış olub  |     20:02 ABŞ Dövlət Departamenti Rumıniyaya AIM-9X raketlərinin satışını təsdiqləyib  |     19:57 Bakıda qadını avtobusda izləyib əxlaqsız hərəkətlər etdi - VİDEO  |     19:18 Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadıldı  |     19:16 Direktor müavini mühafizəçini döyərək öldürübmüş - DETALLAR  |     19:11 Paşinyan Azərbaycanla sülh prosesi haqqında: “Kosmosa uçuşlar da qeyri-real görünürdü”  |     18:17 Direktor müavini mühafizəçini döyərək öldürübmüş - DETALLAR  |    

Mehriban Əliyeva: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” - FOTO

Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür!

Bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Facebook” hesabında yazıb.
Mehriban Əliyeva qeyd edib:

“Ermənistanın növbəti silahlı təxribatına cavab verildi! Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək, uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir.

Azərbaycan dövlətinə və xalqına dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən bütün insanlara, təşkilatlara və dövlətlərə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdaram. Onların həmrəyliyi və mənəvi dəstəyi bu gün hər bir azərbaycanlıya qürur hissi yaşadır.

Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm!

Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun!

Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!

Allah şəhidlərimizə rəhmət etsin! Qəbirləri nurla dolsun!”

Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib....


Mehriban Əliyeva paylaştı: 29 Eylül 2020 Salı
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            924 29.09.20 20:40