Borclu şəxslərlə bağlı notariat hərəkətləri barədə məlumatlar icra məmurlarına elektron sorğular əsasında veriləcək - QANUN TƏSDİQLƏNDİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Borclu şəxslərlə bağlı notariat hərəkətləri barədə məlumatlar icra məmurlarına elektron sorğular əsasında veriləcək - QANUN TƏSDİQLƏNDİ

Prezident İlham Əliyev "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Median.Az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin on ikinci-on dördüncü hissələri müvafiq olaraq on üçüncü-on beşinci hissələr hesab edilir və aşağıdakı məzmunda on ikinci hissə əlavə olunur:

"İcra haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar borclu şəxslərlə bağlı notariat hərəkətləri (vərəsəlik, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr, müqavilələr və etibarnamələr) və vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatlar icra məmurlarına elektron sorğular əsasında real vaxt rejimində verilir.".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 590 10.08.20 20:15