Prezident İlham Əliyev Ermənistanın Tovuz istiqamətində təxribatları zamanı şəhid olan general-mayor Polad Həşimovun adının ədəbiləşdirilməsi barədə göstəriş verib.
Prezident Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışıb.
Dövlət başçısı onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verib.