Dövlət başçısı: “Kifayət qədər boş çarpayılarımız var” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:23 Şəkidə ağır yol qəzası baş verib, xəsarət alanlar var  |     22:11 Lavrov: Qərblə hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir  |     22:03 Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb - VİDEO  |     21:57 Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb  |     21:45 Şirvanda 6 ev və obyektdən oğurluq edən şəxs saxlanılıb  |     21:42 Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb  |     21:31 Azərbaycanda xizək alpinizmi üzrə ilk yaşanacaq  |     21:25 “Microsoft” “Windows 10”da bu versiyanı dəstəkləməyi dayandıracaq  |     21:17 Kiprdə ilk insanların nə vaxt məskunlaşdığını açıqlandı  |     21:12 Bazar gününə olan hava proqnozu  |     21:08 İndiyə qədər nə qədər ərazi mina və sursatlardan təmizlənib? - MN açıqladı  |     21:01 Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)  |     20:53 Mayın 22-dən 25-dək... - XƏBƏRDARLIQ  |     20:49 Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib  |     20:40 Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib  |     20:26 Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb  |     20:20 BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir  |     20:13 Rusiya XİN: Fransanın dənizaşırı ərazilərdəki siyasəti dalana dirənib  |     20:04 Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb  |     19:59 Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb  |    

Dövlət başçısı: “Kifayət qədər boş çarpayılarımız var”

“Bildiyiniz kimi, modul tipli 5 xəstəxana artıq fəaliyyətdədir. Bu xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik. Bildiyiniz kimi, heç bir ölkə bu pandemiyaya hazır deyildi”.

Median.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bizim mövcud çarpayıların sayı adi rejimə hesablanmışdı: “Ona görə, modul tipli xəstəxanaların tikintisi zəruri idi və biz bunu etdik. Bildiyiniz kimi, ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda artıq fəaliyyətdədir və beşinin də tikintisi gedir. Hesab edirdik ki, on xəstəxana bizə kifayət edəcək. Ancaq görürük ki, əlavə xəstəxanalara ehtiyac olacaq. Ona görə, mən bu yaxınlarda göstəriş verdim ki, əlavə on modul tipli xəstəxana sifariş olunsun, onların yerləri müəyyən edilsin və biz ən kritik vəziyyətə hazır olmalıyıq. Əslində, modul tipli bu on xəstəxananın tikintisi ilə bağlı qərarı biz o vaxt vermişdik ki, xəstəliyin yayılması o qədər də geniş vüsət almamışdı”.

Azərbaycan Prezidentinin sözlərinə görə, həmin qərar aprel ayında verilmişdi, o vaxt gündə təqribən 30, 40, 50, 60 insan xəstələnirdi: “Əlbəttə, qabaqlayıcı tədbirlərin görülməsi zəruri idi. Ancaq biz təxmin edə bilməzdik ki, xəstəlik necə inkişaf edəcək. Lakin ehtimal var idi və dünyada gedən proseslər onu göstərirdi ki, xəstələrin sayı arta bilər. Belə olan halda biz çıxılmaz vəziyyətdə qalar, bu xəstələri harada yerləşdirərdik? Ona görə o vaxt bu qərarın qəbul edilməsi düzgün addım idi. Bu gün yenə də modul tipli əlavə on xəstəxananın tikilməsi barədə qərar gələcəyə hesablanır”.

Ölkə başçısı qeyd edib ki, ümumiyyətlə hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar: “Onu da bildirməliyəm ki, bu xəstəxanaların 36-sı mənim sərəncamımla son müddət ərzində inşa edilibdir. Təsəvvür etmək çətin deyil ki, əgər bu xəstəxanalar tikilməsəydi, indi biz hansı problemlərlə üzləşə bilərdik. Beləliklə, bu gün bizim hələ ki, kifayət qədər boş çarpayılarımız var. Ancaq biz hər bir vəziyyətə hazır olmalıyıq”.

Prezident İlham Əliyev əlavə edib ki, bu il istifadəyə verilmiş “Yeni klinika”da hazırda 350 xəstə müalicə alır: “Biz qısa müddət ərzində orada çarpayıların sayını 700-750-yə çatdıracağıq. Ona görə hesablamaq çətin deyil ki, əgər buna ehtiyac yaranarsa, biz qısa müddət ərzində 5 mindən çox xəstəni yerləşdirə biləcəyik - yəni, xəstəxanalarda 2100, modul tipli 15 xəstəxanada 3 min, “Yeni klinika”da əlavə 350”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 219 06.07.20 23:03