Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər.
Median.Az xəbər verir ki, dövlət başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verilib.
Prezident İlham Əliyev zavodu işə salıb.