Azərbaycan Prezidenti vətəndaşlara təşəkkür etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:41 Türkiyə ordusu Suriyada yeni əməliyyat keçirib, 7 terrorçu öldürülüb  |     20:35 Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib  |     20:27 İngiltərə klubu baş məşqçisi ilə yolları ayırıb  |     20:20 Qazaxıstan neftinin Bakı-Supsa marşrutu ilə nəqli imkanlarının müzakirəsi davam etdirilir  |     20:11 Naxçıvanda 10 ayda vergi orqanlarına 1 500-ə yaxın müraciət daxil olub  |     20:06 BMT: Dünyada hər 10 dəqiqədə bir qadın öldürülür  |     19:57 Ronaldu 200 fərqli komandaya qol vuran ilk futbolçu olub  |     19:49 Kəlbəcər Şəhər Gününə həsr olunmuş kütləvi qaçış keçirilib  |     19:43 Bu il Gürcüstanda prezident seçkiləri keçiriləcək  |     19:38 Almaniyalı futbolçu Azərbaycan klubunda 40-cı qolunu vurub  |     19:27 Vilnüsdə yük təyyarəsi yaşayış evinin üzərinə düşüb, pilot ölüb  |     19:21 Azərbaycan oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib  |     19:15 Nadir qızıl sikkə hərracda 1,44 milyon dollara satılıb  |     19:06 Rusiya səfiri: Bakı və İrəvan arasında sülh sazişi onların bütün narahatlıqlarını aradan qaldırmalıdır  |     19:02 Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi  |     18:52 Azərbaycanda həkim vəfat etdi  |     18:23 İki ildən artıq məhkəməsi davam edən türkiyəli iş adamına ağır cəza istənildi  |     18:17 Hərbi ekspert Ədalət Verdiyev həbs edilib  |     18:07 Azərbaycanın sabiq deputatı olan general məhkəməyə VERİLDİ - SƏBƏB  |     18:07 Sabah Bakının Xətai rayonunun bəzi ərazilərində qaz olmayacaq  |    

Azərbaycan Prezidenti vətəndaşlara təşəkkür etdi

"Beynəlxalq müstəvidəki rolumuza gəldikdə, bildiyiniz kimi, Azərbaycan özünü çox məsuliyyətli aparır. Mən qeyd etdim ki, ilk növbədə, ölkə daxilində və beynəlxalq arenada bizim təşəbbüsümüzlə iki Zirvə görüşü keçirilibdir: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü və Qoşulmama Hərəkatının Zirvə görüşü. Bildirməliyəm ki, Qoşulmama Hərəkatının Zirvə görüşündə 120 ölkə təmsil olunub, eyni zamanda Afrika İttifaqı buna qoşulub, o İttifaqda 55 ölkə cəmləşibdir. Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə yüksək səviyyədə və ümumiyyətlə, ilk dəfə qoşulmuşdur. Avropa İttifaqında 27 ölkə var. Düzdür, Afrika İttifaqının bəzi ölkələri, eyni zamanda Qoşulmama Hərəkatının üzvləridir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan, deyə bilərəm ki, tam məsuliyyətlə dünyanı birləşdirdi. Qəbul edilmiş bəyannamədə Azərbaycanın xüsusi rolu yüksək qiymətləndirilir. Əlbəttə ki, bizim onsuz da yüksək səviyyədə olan beynəlxalq imicimizə də bu, növbəti bir töhfədir. Azərbaycan liderlik göstərib".
"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da üç modul tipli xəstəxananın açılışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Eyni zamanda biz Qoşulmama Hərəkatının üzvlərinə, ilk növbədə, müraciət edərək təklif etdik ki, BMT Baş Assambleyasının COVID-19 ilə bağlı xüsusi sessiyası keçirilsin. Bu dəstəyi biz aldıq, Qoşulmama Hərəkatının üzvləri bu təşəbbüsümüzü yekdilliklə dəstəklədilər və ondan sonra biz BMT Baş katibinə, - o, Qoşulmama Hərəkatının Zirvə görüşündə öz sözünü demişdi, müraciətini səsləndirmişdi, - müraciət etdik və indi cavab gözləyirik. Hesab edirəm ki, indiki şəraitdə dünya birliyinin bu məsələ ilə bağlı vahid mövqedən çıxış etməsi zəruridir. Bütün dünya birliyini birləşdirən təşkilat Birləşmiş Millətlər Təşkilatıdır. Ona görə biz belə təkliflə çıxış etdik və ümid edirik ki, bu, müsbət qarşılanar. İndi biz ikitərəfli və çoxtərəfli formatda məsləhətləşmələr aparırıq və əgər bu təklif qəbul olunarsa, onda, bax, dediyim kimi, bir daha Azərbaycanın təşəbbüsü ilə dünya birliyi birləşib bu məsələ ilə bağlı öz sözünü deyəcək.

Çünki burada əsas məsələ özünə qapanmamaqdır. Biz yaxşı xatırlayırıq ki, pandemiyanın ilkin dövründə bəzi ölkələr özlərinə qapandılar. Bəzi ölkələr humanitar məsələlərdə də özlərini elə apardılar ki, sonra yəqin utandılar. Bəzi ölkələr təşviş içində idi. Biz bəzən vəsaitlə aldığımız tibbi avadanlığı gətirməkdə çətinlik çəkirdik. Ona görə indiki şəraitdə hesab edirəm ki, dünya birliyi vahid mövqedən çıxış etməlidir. Bununla paralel olaraq, biz fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərdik. O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. İndi bu proses gedir. Bu 15 ölkə Qoşulmama Hərəkatına üzv olan ölkələrdir. Ölkələrin siyahısı Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan tərəfindən razılaşdırılıb. Burada əsas meyar ən çox ehtiyacı olan ölkələrdir".

"Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib. Mən indi bu məsələ ilə bağlı dünyada gedən prosesləri, mənzərəni izləyirəm və tam məsuliyyətlə deyə bilərəm ki, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır. Bax, budur bizim ölkəmiz, budur müstəqilliyimizin üstünlükləri. Kimin ağlına gələ bilərdi ki, Azərbaycan bu bəla ilə təkbaşına, bu cür, belə məharətlə, peşəkarlıqla, təmkinlə, ləyaqətlə bacara bilsin. Hələ bəlkə 10 il, 20 il bundan əvvəl kimin ağlına gələrdi ki, Azərbaycan 30-a yaxın ölkəyə humanitar yardım göstərə bilər. O dövrdəki bəzi ölkələr indi o biri ölkələrə çatacaq humanitar yardımı da özlərinə, necə deyərlər, götürmüşdülər. Ona görə biz həm ölkə daxilində, həm beynəlxalq müstəvidə düzgün, ləyaqətli siyasət aparırıq. Ona görə bizə olan rəğbət və hörmət gündən-günə artır.

Bütün bu məsələlərlə yanaşı, bir daha bundan sonrakı dövrə qayıtmaq istəyirəm. Azərbaycan vətəndaşları bizim bütün addımlarımızı dəstəkləyirlər. Halbuki aydın məsələdir ki, pandemiya insanların normal həyat tərzinə təsir edib, mənfi təsir edib. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var, eyni zamanda artıq yeni məhdudiyyətlər də ortaya qoyulur. Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır. İnsanları qorumaq üçün biz bütün addımları atacağıq. Ona görə bir daha Azərbaycan vətəndaşlarına bu dövr ərzində göstərdiyi dəstəyə görə, göstərdiyi həmrəyliyə görə təşəkkür edirəm. Eyni zamanda bütün vətəndaşları bir daha böyük məsuliyyətə və nizam-intizama çağırıram. Biz birlik nümayiş etdirmişik və bundan sonra da nümayiş etdirəcəyik. Təsadüfi deyil ki, pandemiya dövründə “Biz birlikdə güclüyük!” birləşdirici şüar olmuşdur", - Prezident İlham Əliyev vurğulayıb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 285 09.06.20 22:32