Prezident Dövlət Agentliyinə 3,1 milyon manat ayırdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Britaniya hərbi attaşesi Rusiyadan qovuldu  |     22:46 "Bolmart"ın yediyi səki "bərpa" edildi: görün necə? - FOTO  |     22:39 Parkinqdə avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - AÇIQLAMA - VİDEO  |     22:32 Ermənilər Xeyrimlidə vəziyyəti gərginləşdirmək istəyir  |     22:24 Gələn həftə 3 gün iş olmayacaq? - Rəsmi açıqlama  |     22:16 Əməkdar artistə ağır itki  |     22:06 Cehiz üçün nə qədər pul lazımdır? (VİDEO)  |     21:59 Türkiyə Prezidenti: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir  |     21:52 Bakıda axtarışda olan qadın saxlanılıb  |     21:45 "Qəbələ"nin azərbaycanlı futbolçuları I Liqada oynamağa hazırdırlar?  |     21:38 Rusiyanın “Unistream” ödəniş sistemi Gürcüstana pul köçürmələrini bərpa edib  |     21:30 Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb  |     21:27 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək  |     21:26 CAR Azərbaycanda diplomatik missiya açmaq niyyətindədir  |     21:22 Bu il pensiya ödənişlərinə 2 milyard 152 milyon manat yönəldilib  |     21:15 Azərbaycanda son 2 ildə internetin orta sürəti 94 % artıb  |     20:07 Yeni Kaledoniyada iğtişaşlar zamanı 150 milyon avroluq ziyan dəyib  |     20:01 AFFA hakimi təhqir edən futbolçunu 4 oyunluq cəzalandırıb  |     19:54 Moskvada “Azərbaycan və Rusiya: dostluğun tərənnümü” adlı konsert keçirilib  |     19:53 “Ağ çiçəyim”dən geriyə qalanlar - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO  |    

Prezident Dövlət Agentliyinə 3,1 milyon manat ayırdı

Prezident İlham Əliyev Zərdab rayonunun Ucar-Zərdab-Ağcabədi (32 km)-Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən Ucar-Zərdab-Ağcabədi (32 km)-Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 3,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 105 05.06.20 11:17