Azərbaycan Prezidenti: "Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Sumqayıtda 68 yaşlı kişinin meyiti aşkarlanıb  |     22:31 Qəzzada ölən fələstinlilərin sayı 44,3 min nəfərə çatıb  |     22:20 Əfqan Sadıqov Azərbaycana ekstradisiya ediləcək  |     22:11 "Qarabağ" - "Lion" oyununda hesab açıldı  |     21:59 Dörd vəkilə töhmət verildi  |     21:54 Tələbələri ilə vidalaşan Siyavuş Kərimi kövrəldi - Video  |     21:47 Dağlıq rayonlarda qar yağacaq  |     21:38 “Gələn il bu proqrama cəlb olunanların sayı 100 minə çatacaq”  |     21:31 Naxçıvanın Təcili-Tibbi Yardım Xidməti 5000 manat cərimələnə bilər  |     21:26 "Ucuzluq Univermağ"a 70 min "atıb" "TikTok"da xərclədi  |     21:19 Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? (AÇIQLAMA)  |     21:14 Azərbaycanda ən yaşlı və ən gənc rektorlar (SİYAHI)  |     21:07 Putin Trampı ağıllı və təcrübəli siyasətçi adlandırıb  |     20:59 Cəlilabadın 24 kəndində qazın verilişi bərpa olunub  |     20:52 Bakıda Ukrayna Kino Günləri keçirilir  |     20:47 "Bavariya" klubu PSJ-dən üzr istəyib  |     20:39 Azərbaycan və İran hərbçilərinin birgə təlimi başa çatıb  |     20:32 “BakuBus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır  |     20:26 "Kartdan karta" üsulu ilə işləyən daha 314 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     20:21 Ordubadda hərbi sursat aşkar edilib  |    

Azərbaycan Prezidenti: "Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir"

“Bütün aparıcı ölkələr bu dırnaqarası “seçkiləri” qınayıb və tanımayıb. Baxın, özü də bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk qrupunun həmsədrləri – Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır”.

APA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edərkən səsləndirib.

Dövlət başçısı bildirib ki, Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa: “Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər! Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır. Biz bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytarırıq. Qoy, bir bəyanat versinlər ki, indi bu dünyada bəzi ölkələrdə nələr baş verir”.

Prezident İlham Əliyev deyib ki, polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi – bütün bunlar məhz qərb ölkələrində baş verir: “Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 262 03.06.20 23:49