Pakistan Prezidenti İlham Əliyevi təbrik edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:20 Qazaxıstan neftinin Bakı-Supsa marşrutu ilə nəqli imkanlarının müzakirəsi davam etdirilir  |     20:11 Naxçıvanda 10 ayda vergi orqanlarına 1 500-ə yaxın müraciət daxil olub  |     20:06 BMT: Dünyada hər 10 dəqiqədə bir qadın öldürülür  |     19:57 Ronaldu 200 fərqli komandaya qol vuran ilk futbolçu olub  |     19:49 Kəlbəcər Şəhər Gününə həsr olunmuş kütləvi qaçış keçirilib  |     19:43 Bu il Gürcüstanda prezident seçkiləri keçiriləcək  |     19:38 Almaniyalı futbolçu Azərbaycan klubunda 40-cı qolunu vurub  |     19:27 Vilnüsdə yük təyyarəsi yaşayış evinin üzərinə düşüb, pilot ölüb  |     19:21 Azərbaycan oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib  |     19:15 Nadir qızıl sikkə hərracda 1,44 milyon dollara satılıb  |     19:06 Rusiya səfiri: Bakı və İrəvan arasında sülh sazişi onların bütün narahatlıqlarını aradan qaldırmalıdır  |     19:02 Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi  |     18:52 Azərbaycanda həkim vəfat etdi  |     18:23 İki ildən artıq məhkəməsi davam edən türkiyəli iş adamına ağır cəza istənildi  |     18:17 Hərbi ekspert Ədalət Verdiyev həbs edilib  |     18:07 Azərbaycanın sabiq deputatı olan general məhkəməyə VERİLDİ - SƏBƏB  |     18:07 Sabah Bakının Xətai rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     18:06 Oğuzda gənc qadın yanıq xəsarətləri alıb  |     17:43 Xalası oğluna ərə verilən 11 yaşlı qızla bağlı yeni DETALLAR (YENİLƏNİB)  |     17:40 Azərbaycanda qardaşın qardaşı öldürməsinin SƏBƏBİ MƏLUM OLDU (YENİLƏNİB)  |    

Pakistan Prezidenti İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Pakistan və Azərbaycan arasında ortaq inanc, irs və mədəni yaxınlıq kimi möhkəm təməllərə əsaslanan səmimi dostluq münasibətləri mövcuddur. Cəmmu və Kəşmir, həmçinin Dağlıq Qarabağ məsələlərində ölkələrimizin bir-birinə göstərdiyi qarşılıqlı dəstək yaxın strateji tərəfdaşlığımızın təzahürüdür. Mövcud mükəmməl qardaşlıq əlaqələrini daha da dərinləşdirmək və gücləndirmək üçün gələcək illərdə də Zati-alinizlə əməkdaşlığı davam etdirməyi arzulayıram.

Yaranmış fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı sülh, inkişaf və tərəqqi diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 297 29.05.20 22:21