Prezident: "Koronavirusun 2-ci dalğası baş verdiyi halda Azərbaycanda kifayət qədər əlavə çarpayı mövcuddur" » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:48 Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ  |     20:41 Türkiyə ordusu Suriyada yeni əməliyyat keçirib, 7 terrorçu öldürülüb  |     20:35 Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib  |     20:27 İngiltərə klubu baş məşqçisi ilə yolları ayırıb  |     20:20 Qazaxıstan neftinin Bakı-Supsa marşrutu ilə nəqli imkanlarının müzakirəsi davam etdirilir  |     20:11 Naxçıvanda 10 ayda vergi orqanlarına 1 500-ə yaxın müraciət daxil olub  |     20:06 BMT: Dünyada hər 10 dəqiqədə bir qadın öldürülür  |     19:57 Ronaldu 200 fərqli komandaya qol vuran ilk futbolçu olub  |     19:49 Kəlbəcər Şəhər Gününə həsr olunmuş kütləvi qaçış keçirilib  |     19:43 Bu il Gürcüstanda prezident seçkiləri keçiriləcək  |     19:38 Almaniyalı futbolçu Azərbaycan klubunda 40-cı qolunu vurub  |     19:27 Vilnüsdə yük təyyarəsi yaşayış evinin üzərinə düşüb, pilot ölüb  |     19:21 Azərbaycan oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib  |     19:15 Nadir qızıl sikkə hərracda 1,44 milyon dollara satılıb  |     19:06 Rusiya səfiri: Bakı və İrəvan arasında sülh sazişi onların bütün narahatlıqlarını aradan qaldırmalıdır  |     19:02 Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi  |     18:52 Azərbaycanda həkim vəfat etdi  |     18:23 İki ildən artıq məhkəməsi davam edən türkiyəli iş adamına ağır cəza istənildi  |     18:17 Hərbi ekspert Ədalət Verdiyev həbs edilib  |     18:07 Azərbaycanın sabiq deputatı olan general məhkəməyə VERİLDİ - SƏBƏB  |    

Prezident: "Koronavirusun 2-ci dalğası baş verdiyi halda Azərbaycanda kifayət qədər əlavə çarpayı mövcuddur"

"Səhiyyəyə gəldikdə, hər kəsə aydın oldu ki, koronavirusla uğurlu mübarizədə bu, mühüm amildir. Bütün məhdudlaşdırıcı və təşkilati tədbirlərlə yanaşı, burada həlledici rolu xəstələri müalicə edən həkimlər oynayır. Bu səbəbdən, çox qısa müddət ərzində bizim səhiyyə sistemimiz restrukturizasiya olundu. Biz ən yaxşı xəstəxanalarımızı koronavirus xəstələrinin ixtiyarına verdik".

Median.Az
xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə videokonfransda deyib.

Dövlət başçısı bildirib: "Bu gün 20-dən artıq xəstəxana istifadə edilir. Deyə bilərəm ki, bəzi ölkələrdə ölüm hallarının yüksək səviyyədə olmasının səbəbi xəstəxanalarda çarpayı qıtlığı ilə əlaqəlidir. Onlar fiziki olaraq bütün xəstələri qəbul edə bilmir. Koronavirusun ikinci dalğası baş verdiyi halda Azərbaycanda kifayət qədər əlavə çarpayı mövcuddur. Beləliklə, səhiyyə sisteminin müasirləşdirilməsi heç vaxt olmadığı qədər əhəmiyyətlidir, çünki koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 266 15.05.20 21:45