Mərdəkanda cinayət: 46 yaşlı ər 70 yaşlı arvadını qısqandı, ev sahibini öldürdü » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 Livanın Baş naziri Türkiyəyə səfər edəcək  |     22:57 Paytaxtın bu ərazilərində qaz olmayacaq  |     22:50 Tusk: Polşanın Ukraynaya kömək etmək üçün çox imkanı qalmayıb  |     22:42 "Ölkədə 4-cü inqilab cəhdinin qarşısını aldıq"  |     22:32 Bakıda qadını başına daşla vurub öldürdülər  |     22:14 Azərbaycanda evlənmək istəyənlərin sayı azalıb  |     22:07 Tbilisidə etiraz aksiyaları davam edir  |     21:21 Rəhbər olmaq istəyənlərin NƏZƏRİNƏ  |     21:14 Kimlər pulsuz dərman ala biləcəklər -VERİLMƏ TARİXİ VƏ SİYAHI  |     21:05 Avropa # Avropa Polşa Ukraynaya 100 milyon avro həcmində yardım ayırmaq qərarına gəlib  |     20:30 Azərbaycanda təhsil bahalaşır: Səbəb və çıxış yolu nədir?  |     20:21 Zurabişvili sabah Avropa Parlamentində çıxış edəcək  |     20:13 İsveçdə sığınacaq almaq üçün qaydalar sərtləşdiriləcək  |     20:06 Xəzərdən gələn TƏHLÜKƏ: Bakıya XƏBƏRDARLIQ! Yanvar ayında...  |     20:00 Adelin bu mahnısı bütün dünyada qadağan edildi  |     19:52 Sumqayıtda yaşayış binasının zirzəmisində yanğın baş verib - VİDEO - YENİLƏNİB  |     19:52 Zelenski NATO-nu verdiyi vədi yerinə yetirməyə çağırıb  |     19:41 Salyanda 19 yaşlı qadın dəm qazından boğulub  |     19:12 Bakıda kişi özünü binanın damından atdı  |     18:51 Azərbaycanda dincə qoyulmuş torpaq sahələrinə görə subsidiya veriləcək  |    

Mərdəkanda cinayət: 46 yaşlı ər 70 yaşlı arvadını qısqandı, ev sahibini öldürdü

Xəzər rayonunda bağban işlədiyi bağ evinin sahibini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Ruslan İlyasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Median.Az
ölkə.az-a istinadən bildirir ki,cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib. İttihama görə, 46 yaşlı Ruslan İlyasov Mərdəkan qəsəbəsində bağban işlədiyi bağ evinin sahibi Musayev Sergey Anatolyeviçi balta ilə qətlə yetirib.

Daha sonra Ruslan İlyasov polisə zəng edərək, qətl törətdiyini bildirib. R.İlyasov polis əməkdaşlarının narahat olmamasını istəyib, ən qısa zamanda öz xoşu ilə bölməyə gələcəyini vurğulayıb. İstintaq-əməliyyat qrupunun üzvləri hadisə yerinə gələn zaman İlyasov orada olmayıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan İlyasov dindirilən zaman Musayevi qısqanclıq zəminində qətlə yetirdiyini açıqlayıb. O bildirib ki, Musayevin onun həyat yoldaşına gözü düşüb və ona sataşıb.

Ruslan İlyasovun həyat yoldaşının 70-dən çox yaşının olduğu faktını nəzərə alan polis əməkdaşları bu ifadənin inandırıcı olmadığından şübhələniblər. R.İlyasova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.

İlyasovun bundan əvvəl qəsdən adam öldürmə maddəsi ilə məhkumluğu olub, onu təhqir edən şəxsi doğrayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 790 23.08.19 21:07