Sumqayıtda arvadını boğaraq öldürməkdə təqsirləndirilən Şamil Axundovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Median.Az ölkə.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə bilinəcək.
Qeyd edək ki, hadisə bu il yanvarın 11-də Sumqayıt şəhərinin Birləşmiş məhəlləsində (7-8-12 məhəllə) baş verib. Şamil Axundov qısqanclıq zəminində həyat yoldaşı 1991-ci il təvəllüdlü Leyla Kamandar qızı Axundovanı yatdığı yerdə boğaraq öldürüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.