Median.Az xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də və 26-da rayon sakinləri olan 2 nəfərin bank kartlarından ümumilikdə 366 manat pullarını çıxarıb, oğurlayan Goranboy rayon sakini Ə.Əzizov saxlanılıb.
Araşdırma zamanı, onun yanvarın 21-dən martın 25-dək olan müddətdə 4 nəfərə qarşı dələduzluq etməsi də məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb.