Median.Az xəbər verir ki, Sabirabad RPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında Qəzli kənd sakini, əvvəllər məhkum olunmuş D.Əkbərovun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 127 ədəd çətənə kolu, çətənə bitgisinin toxumları və 3 kq. 225 qram marixuana aşkar ediblər.
RPŞ İstintaq bölməsində cinayət işi başlanılıb.