Bakı Ağır Cinayətlər Məhkəməsində Lerik rayon sakini Bahadur Cəfərovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq
iclası keçirilib.
Median.Az xəbər verir ki, ötən il sentyabrın 11-də Sabunçu qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Bahadur Cəfərov evində münaqişə zəminində tanışı, paytaxt sakini
Rəfayel Rzayevi taxta parçası ilə döyüb. Nəticədə zərərçəkmiş aldığı ağır xəsarətlərdən hadisə yerindən ölüb.
Həmin gün şübhəli şəxs Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxışı mayın 2-nə təyin edilib.