Median.Az xəbər verir ki, İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evdən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan rayon sakinləri A.Əliyev və İ.İsmayılzadə saxlanılıblar.
Araşdırma zamanı, A.Əliyevin yanvarın 5-də həmyerlisi M.Fazilovla birgə rayon ərazisindəki həyətyanı sahədən 7 baş qoyun oğurlaması məlum olub. Keçirilmiş axtarış tədbirləri nəticəsində M.Fazilov da saxlanılıb.
İmişli RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.