Median.Az xəbər verir ki, aprelin 24-ü saat 21 radələrində Sumqayıt ŞPİ 4-cü polis bölməsinə, Kimyaçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə məlumat daxil olub.
Həmin tarixdə təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini S.Cəfərov saxlanılıb.
Sumqayıt şəhər prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.