Median.Az xəbər verir ki, Xətai RPİ 34-cü polis şöbəsi və 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazadan planşet və mobil telefon oğurlayan Şamaxı rayon sakini K.Alcanov və Yardımlı rayon sakini R.Dadaşzadə saxlanılıblar.
Araşdırma zamanı, onların rayon ərazisində daha 2 mağazadan, 1 kafedən, aptekdən və avtomobildən pul və ərzaq məhsulları oğurlamaları
məlum olub.
Xətai RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.