Dayı azyaşlı bacısı qızını zorladı - Bakıda dəhşətli cinayətin təfərrüatı » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:10 Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanılıb  |     22:07 "TikTok" dələduzluq etməkdə ittiham olunan şəxs məhkəmə qarşısında  |     21:59 Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır  |     21:51 AZAL-da yeni təyinat olub  |     21:45 Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb  |     21:37 Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər  |     21:28 Lerikdə dağda uçqun olub, qaya parçaları yolu bağlayıb  |     21:24 DVX: Azərbaycanda iqlim hədəflərinə dəstək verən sənayelərə vergi güzəştləri kifayət qədərdir  |     21:15 Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur  |     21:09 Sabahın hava proqnozu: 16-21 dərəcə isti olacaq  |     21:03 Azərbaycanda məktəb binası boşaldılır: Fəaliyyəti dayandırılacaq?  |     21:01 Türkiyə ordusu Suriya və İraqda daha yeddi terrorçu öldürüb  |     20:54 Abşeronda avtobus qəzaya düşüb, xəsarət alan var  |     20:48 Türkiyədə 28 Fevral Prosesinin generalları əfv edilib  |     20:45 Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq  |     20:34 Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu  |     19:58 Qaxda evdən Gürcüstan vətəndaşının meyiti tapıldı  |     19:55 Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     19:40 Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı  |     19:29 Robin Van Persinin yeni komandası bəlli oldu  |    

Dayı azyaşlı bacısı qızını zorladı - Bakıda dəhşətli cinayətin təfərrüatı

Cinayət məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə təqsirləndirilən Babayev Ruslan Rafael oğlu Ali Məhkəməyə şikayət edib.

Median.Az
ölkə.az-a istinadən xəbər verir ki, təqsirləndiriln şəxsin şikayəti ilə bağlı məhkəmə baxış iclası iyun ayının 12-də hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, ötən ilin əvvəlində Binəqədi rayonunda Ruslan Babayev bacısının azyaşlı qızı Lalə Qafarovaya (zərərçəkmişin as-soyadı şərti verilib - red.) təcavüz edib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilib ki, Bakı şəhər sakini, azyaşlı Lalə Qafarovaya (ad, soyad şərtidir) qarşı qohumu 1993-cü il təvəllüdlü Babayev Ruslan Rafael oğlu tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə ötən il yanvarın 19-da Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq tədbirləri aparılıb. Binəqədi rayon polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində R.Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Babayev 12 il müddətinə azadlıqdan məhrum edilib.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 033 20.04.19 17:08