Bakı Ağır Cinayətlər Məhkəməsinə Bakı şəhər sakini Nizam Məmmədzadənin CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.
Median.Az xəbər verir ki, ötən il oktyabrın 25-də M.Hadi küçəsində yerləşən “Ordubad” kafesində Nizam Məmmədzadə paytaxt sakini Elçin Ələkbərova ağır dərəcəli xəsarətlər yetirib. Nəticədə zərərçəkmiş qapalı kəllə-beyin travması ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilsə də, orada ölüb.
N.Məmmədzadə Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.