Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində gözəllik salonundan 50 manat pul, noutbuk və fotoaparat oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Hüseynov saxlanılıb.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.