Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Tarverdiyev saxlanılıb, ondan 202 qramdan artıq heroin və elektron tərəzi aşkar edilib.
Narkotik vasitəni ona satan Xaçmaz rayon sakini İ.Məhərrəmov Binəqədi rayonu ərazisində saxlanılıb.
Araşdırma zamanı İ.Məhərrəmova heroini satan şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilib. Əməliyyat zamanı S.Ordıyev Nərimanov rayonu ərazisində saxlanılıb, axtarış vaxtı sonuncudan 301 qramdan artıq heroin götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.