Ağstafa rayonunun Qaçaq Kərəm kəndində bıçaqlanma olub.
Median.az ARB TV-yə istinadən xəbər verir ki, 48 yaşlı Kamaləddin Əliyev kürəkəni 27 yaşlı Elşən Yolçuyev tərəfindən döş qəfəsindən bıçaqlanıb.Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Hadisəyə ailədaxili mübahisə səbəb olub. Belə ki, iki ay öncə E.Yolçuyevin həyat yoldaşı ondan küsərək ata evinə gedib. O, bir neçə dəfə qayınatasının evinə gedərək yoldaşı ilə barışmağı və geri qayıtmasını istəsə də, buna nail ola bilməyib. Həmin axşam isə qayınatası ilə arasında mübahisə yaranıb. Nəticədə bıçaqlanma baş verib.
Ağstafa polisi hadisənin təfərrüatını araşdırır.