Bakı Ağır Cinayətlər Məhkəməsində Şabran rayon sakini İlkin Novruzovun (1992-ci il təv.) CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ötən ilin oktyabr ayında Şabran şəhərinin mərkəzi bazarında İlkin Novruzov mübahisə zamanı tanışı Elməddin Əmiraslanova (1996-cı il təv.) bir neçə bıçaq zərbəsi vurub. Zərərçəkmiş Mərkəzi rayon xəstəxanasına çatdırılıb, onun həyatı xilas edilib. Həmin gün Şabran RPŞ-nin əməkdaşları tərəfindən İ.Novruzov saxlanılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.