Azərbaycanda uzun müddət axtarışda olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat Qəbələ RPŞ və İsmayıllı RPŞ əməkdaşları tərəfindən keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə axtarışda olan Mais Məcidov saxlanılıb.
Faktla bağlı cinayət işi davam edir.