Median.Az xəbər verir ki, yanvarın 21-də Tərtər şəhəri ərazisində, şəhər sakini Faiq Həsənov münaqişə zəminində həmyerlisi Pərviz Hüseynova bıçaqla xəsarət yetirib.
F.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.