Paytaxtda oğurluğa görə 7 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:14 AFFA iki kluba texniki məğlubiyyət verdi  |     14:05 Nazir onu DYP rəisi TƏYİN ETDİ  |     13:54 Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib: Saxlanılanlar var  |     13:43 “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib  |     13:28 Məhkəmə Elnarə Qasımova barədə qərar verib  |     13:16 Mayın ilk gününün havası açıqlandı  |     13:10 Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb  |     13:08 Fransa səfiri Azərbaycana qayıdıb  |     12:44 Ekologiyanı çirkləndirən restoranların sahibləri cəzalandırıldılar  |     12:35 Bakıda 9 maşının əzildiyi qəzanın başvermə anı kameraya düşdü - VİDEO  |     12:33 Müharibə əsirlərinin Bakıdakı məzarlığı: Buranı tez-tez ziyarət edənlər kimlərdir? - VİDEO  |     12:27 1 may Türkiyədə ictimai nəqliyyat pulsuz olacaq  |     12:27 Bu həftə 6 gün işləyəcəyik?  |     12:21 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:19 Bakıda 206 minlik dələduzluq edən şirkət direktoru ilə bağlı QƏRAR  |     12:17 Saqqalı var, sözü keçmir  |     12:14 Azərbaycan nefti ucuzlaşıb  |     12:10 Avropa İttifaqı “TikTok”u bloklamağa hazırlaşır  |     12:08 Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıblar  |     12:03 Bakıda 41 yaşlı qadın qəzada xəsarət alıb  |    

Paytaxtda oğurluğa görə 7 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Xətai RPİ 36-cı polis bölməsinin əməkdaşları tərəfindən yanvarın 18-də paytaxt sakininin cibindən 2500 manat oğurlayan Bakı şəhər sakini Nicat Şahavədli saxlanılıb.

Bundan başqa, Xətai RPİ 37-ci polis şöbəsinin əməkdaşları yanvarın 13-də rayon ərazisində 4 avtomobildən noutbuk, mobil telefon və eynək oğurlayan Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Nəcmin Ağayevı saxlayıblar.

Səbail RPİ 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də qadının, içərisində pul və sənəd olan pulqabısını oğurlayan
Kürdəmir rayon sakini L.Əliyeva saxlanılıb.

Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də Bakı şəhər sakininin bank kartından 394 manat çıxararaq, oğurlayan paytaxt sakini Taleh Xankişizadə saxlanılıb.

Nəsimi RPİ 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən yanvarın 5-də qadının, içərisində 350 manat və bank kartları olan pulqabısını oğurlayan Bakı şəhər sakini Nərgiz Ağammədova saxlanılıb.

Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 16-dan noyabrın 4-dək olan müddətdə, 2 avtomobildən maqnitofon və akkumulyator, 1 evdən su sayğacı oğurlayan paytaxt sakini Xalid Əbdülməmmədov saxlanılıb.

Nərimanov RPİ 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Filmanova məxsus “ZİL” markalı avtomaşını oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseynağa Məmmədov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 233 24.01.19 11:14