Taksi sürücüsünü soyaraq qətlə yetirən şəxsə ağır cəza » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Tarixi abidənin üzərində qanunsuz tikinti apardılar: Qurum məsələyə qarışdı - VİDEO  |     22:40 Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə etdi  |     22:32 Bakıda yeni magistral yol salınır: Bu obyektlər söküləcək - Video  |     22:29 Sabah Saatlının 5 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır  |     22:25 İran CNN-ə raketlərini göstərdi: İsrail bunlarla vurulub  |     22:19 Rus ordusu daha bir kəndi ələ keçirdi  |     22:13 Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı  |     22:01 Putin “Crocus City Hall”dakı terrorda insanlara yardım edən gəncləri mükafatlandırıb  |     21:56 Bu qəsəbələrdən şəhərə yeni marşrutlar açılır  |     21:50 Yeni qərar qiymət artımına təsir edəcək?  |     21:38 Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI  |     21:30 Azərbaycanda yaşayan ukraynalılar Kiyevə dəstək bəyanatı ilə çıxış ediblər  |     21:22 Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb  |     21:15 Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatıb  |     21:10 "Barselona" klubu Pedrini satışa çıxaracaq  |     21:02 Qanunsuz balıq ovu edənlər saxlanılıb  |     20:55 Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb  |     20:46 Türk mədəniyyəti irsinin rəqəmsal platforması yaradıla bilər  |     20:37 Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnib  |     20:30 Binəqədidə AKS markalı avtomat tapılıb  |    

Taksi sürücüsünü soyaraq qətlə yetirən şəxsə ağır cəza

Quldurluq yolu ilə taksi sürücüsünü öldürən Şəmkir rayon sakini Ali Məhkəməyə müraciət edib.

Median.az
ölkə.az-a istinadən bildirir ki, cinayət məcəlləsinin 120.2.11-ci maddəsi məhkum olunan Murtuzov Eşqin Firuddin oğlunun məhkəmə prosesi fevral ayının 26-da hakim Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, qətl hadisəsi 2017-ci il yanvarın 17-si saat 18:30 radələrində Şəmkirin Seyfəli kəndində baş verib. 21 yaşlı Eşqin Murtuzayev Gəncədə əyləşdiyi taksinin sürücüsü Namiq Babayevə qarşı yaşadığı kəndin ərazisində quldurluq edib. Əyləşdiyi "VAZ 2107" markalı maşının sürücüsünə yoldaykən hücum çəkən gənc, 59 yaşlı kişini kəsici alətlə yaralayıb, ağır bədən xəsarətləri yetirib.

Bundan sonra Namiq Babayevi avtomobildən düşürən Eşqin Murtuzov, sürücünün mobil telefonunu və nağd pulunu quldurluq yolu ilə ələ keçirib. Çox keçməmiş avtomobili qarşılıqlı razılıq əsasında həmkəndlisi Kamal Kərimova satıb. Eşqin Murtuzov istintaqa verdiyi ifadədə də belə deyib: "Sonra metalloma getdim. Orada Kamala dedim ki, maşın istəyirsənmi? Maşın oğurluq kimi bir şeydir, yəni sənədləri yoxdur. Sonra 500 manata satıb, Gəncəyə getdim".

Namiq Babayevi isə yaralı halda ilk olaraq yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin işçiləri aşkarlayıblar. Yaxınlarına edilən zəngdən sonra sürücü ilk olaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədəki özəl tibb müəssisələrindən birinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, 3 gündən sonra o, xəstəxanada dünyasını dəyişib. Cinayəti törədən Eşqin Murtuzovun məsuliyyətdən yayınmasına isə Şəmkir polisi imkan verməyib. 5 may 2017-ci il tarixində isə 59 yaşlı Namiq Babayevi quldurluq zəminində qətlə yetirən 21 yaşlı Eşqin Murtuzov Şəmkir rayon Məhkəməsindən qaçıb.

N.Babayevin həyat yoldaşı Şəfəq Babayeva bildirib ki, E.Murtuzov istintaq müddəti üçün barəsində seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı Gəncə İstintaq Təcridxanasından Şəmkir rayon Məhkəməsinə gətirilib. Məhkəmənin koridorunda nəzarətsiz qalan məhbus tez pəncərə istiqamətindən qaçıb. Sonra isə keçirilən əməliyyat tədbirləri nəticəsində E. Murtuzov saxlanılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsində quldurluq və qəsdən adam öldürmədə təqsirləndirilən Şəmkir rayon sakini Murtuzov Eşqin Firudin oğlu cəzasını 5 ili qapalı, 14 ili isə ciddi rejimdə cəzaçəkmə müəssisində çəkməklə 19 il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 226 16.01.19 21:36