Arvadını yandırmaq istəyərkən səhvən oğlunu öldürdü - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Tarixi abidənin üzərində qanunsuz tikinti apardılar: Qurum məsələyə qarışdı - VİDEO  |     22:40 Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə etdi  |     22:32 Bakıda yeni magistral yol salınır: Bu obyektlər söküləcək - Video  |     22:29 Sabah Saatlının 5 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır  |     22:25 İran CNN-ə raketlərini göstərdi: İsrail bunlarla vurulub  |     22:19 Rus ordusu daha bir kəndi ələ keçirdi  |     22:13 Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı  |     22:01 Putin “Crocus City Hall”dakı terrorda insanlara yardım edən gəncləri mükafatlandırıb  |     21:56 Bu qəsəbələrdən şəhərə yeni marşrutlar açılır  |     21:50 Yeni qərar qiymət artımına təsir edəcək?  |     21:38 Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI  |     21:30 Azərbaycanda yaşayan ukraynalılar Kiyevə dəstək bəyanatı ilə çıxış ediblər  |     21:22 Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb  |     21:15 Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatıb  |     21:10 "Barselona" klubu Pedrini satışa çıxaracaq  |     21:02 Qanunsuz balıq ovu edənlər saxlanılıb  |     20:55 Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb  |     20:46 Türk mədəniyyəti irsinin rəqəmsal platforması yaradıla bilər  |     20:37 Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnib  |     20:30 Binəqədidə AKS markalı avtomat tapılıb  |    

Arvadını yandırmaq istəyərkən səhvən oğlunu öldürdü - VİDEO

Dedilər, filankəslədir, qapı bağlıdır.

Median.az-ın məlumatın görə, ARB TV-nin “Rezonans” proqramında bu dəfə oğlunu və arvadını yandıran ömürlük məhkumdan danışılıb.

“Lənkəranda yaşamışam. Əvvəl 11 il cəza çəkib çıxmışam. Həbsdə ola-ola daş karxanasında işləyirdim. Öz əziyyətimlə işləyə-işləyə ev aldım. Sonra fəhlə işləyirdim.

Çətin idi dolanmaq. Sonra dedilər ki, nə qədər belə gedər? Mən də başladım onlarla həmin işi görməyə. Konteyner açdıq, oğurluq etdik. Başladıq dükanlara paylamağa. Hər şey normal gedirdi, sonra ilişdik. Mənə 15, digərlərinə də səkkiz il iş verdilər. 1987-ci ildə əfv verdilər. Məndən də dörd il çıxdılar. Xanımımı istəyib qaçırmışam. 23 yaşında evlənmişdim mən. 26 yaşımda tutuldum.

Elə oldu dedi ki, işləmək istəyirəm. Dedim ki, sənin nəyin çatmır? Dükan sahibi ilə danışdım. Dedi ki, bu qədər borcu var. Çıxardım, pulu verdim. Dedim ki, bir də bunu burada görməyim, yoxsa dükanını yandıracağam.

Gördüm ki, bunu fikrindən yayındırmaq mümkün deyil. Bir gün dedilər ki, filan yerdə filankəslədir. Saat bir olardı. Gördüm ki, qapı çöldən bağlıdır. Gözlədim bir az. Həmin gün də yağış yağırdı. Saata baxdım ki, üçə işləyib. Özümlə benzin də gətirmişdim. Məcbur olub bu yola əl atdım.

Bilsəydim ki, oğlum oradadır, etməzdim. Oğlum da orada idi. Rusiyaya getdim. Bir ay işləyəndən sonra dayana bilmədim, qayıtdım. Qardaşım dedi ki, oğlun tüstüdən boğulub, arvad da ölməyib. Sonra məni tutdular, qoluma qandal vurub apardılar. Ölüm hökmü verilmişdi. Sonra dedilər ki, işinə yenidən baxılacaq.

Sonra məhkəmə gəldi və yenə güllələnmə hökmü verildi. Güllə korpusunda Şahin adlı bir oğlan var idi. Dedi ki, paltarları görürsən? Bunlar ölənlərin paltarlarıdır. Sənin də paltarın burada olacaq. Dedim, onu bilmək olmaz. Sonra ölüm hökmü ləğv olundu. Mən azadlığı hər şeyə qurban verərəm”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 339 14.01.19 23:32